YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kirpi balığı

Bədənini tikan bürüdüyü üçün bu balığa kirpi balığı deyirlər.

 

Kirpi balığı Hind okeanında və Aralıq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir. Əsasən sahilə yaxın yerləşdə yaşayırlar.


Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.


Qovuğu hava ilə dolanda dərisi genəlir və kirpi-balıq şara oxşayır.

 

Kirpi balığının ümumi ölçüsü təxminən 25-70 sm-dir. Bu balıqları ovlayıb, içləri təmizləndikdən sonra bəzək əşyası kimi də istifadə edirlər. Xüsusilə Yaponiyada ovlanmış kirpi balığının içi təmizlənir, daha sonra içərisinə işıq yerləşdirilir və bəzək əşyası kimi istifadə olunur. Bu əşyaya isə "Yapon fanarı" adı verilir.


Kirpi-balığın həm dərisi, həm daxili orqanları zəhərlidir.