Xəbərlər

Bakıda VI milli uşaq kitabı sərgisi açılacaq

29.03.2014. Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə VI milli uşaq kitabı sərgisi açılacaq. Respublika Uşaq Kitabxanası hər il bu günü qeyd edir. Məqsəd uşaqları son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, onları mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaqdır. Aprelin 5-dək davam edəcək sərgidə Azərbaycan nəşriyyatları tərəfindən son vaxtlar  nəşr olunmuş uşaq ədəbiyyatı nümayiş olunacaq.