Xəbərlər

Finlər nəhəng spinner düzəldiblər

Helsinki, 7 iyun, AZƏRTAC
 
Finlandiyalı eksperimentatorlar dünyada ən böyük spinner hazırlayıblar. “YouTube” portalında öz kanalını açan bu uşaqların orada yerləşdirdikləri çarxlar hər dəfə daha güclü təəssürat oyadır. İndi də növbə müasir yeniyetmələrin və ofis klerklərinin əlindən düşməyən oyuncağa çatıb. 
 
Hesab edilir ki, spinner əsəbləri sakitləşdirməklə bərabər, əlin xırda motorikasını inkişaf etdirir. Finlandiyalı eksperimentatorların yeni əsəri çətin ki, bu vəzifənin öhdəsindən gəlsin, amma əzələləri mütləq şişirdəcək. Nəhəng spinneri hazırlamaq üçün ixtiraçılar 3D-printerdən və rəngli plastikdən istifadə ediblər. 
 
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri