Ənvər Əlibəyli. Azərbaycanım
Musiqi: Rauf Hacıyev
Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların.
Nəqərat:
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım. (2)
II
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır
Nəqərat:
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım. (2)
17.03.2022