Y

Yaponiya

 

Yaponiya
 
Nippon-koku (Nihon-koku)
 
Coğrafi mövqeyi - Şərqi Asiyada, Sakit okeanın qərbindəki adalar qrupunda yerləşir. 6852 adadan ibarətdir. Bu adaların ən böyüyü Hokkaydo, Hönsü, Sikoku və Küsü adalarıdır və ümumilikdə ərazinin 97 faizini təşkil edir.
 
Sahəsi – 377,815 min kvadratkilometrdir.
 
Əhalisi – 128 milyon nəfərdir (2011). Əhalisinin sayına görə dünyada 10-cu yeri tutur.
 
Paytaxtı – Tokio şəhəridir.
 
Rəsmi dili – Yapon dilidir.
 
Ərazi bölgüsü – 47 prefekturaya (prefectures) bölünür.
 
Sərhədləri – Şimalda Oxot dənizi, cənubda Şərqi-Çin dənizi, qərbdə Yapon dənizi ilə və onun vasitəsilə Çin Xalq Respublikası Koreya Xalq Demokratik Respublikası, Cənubi Koreya və Rusiya Federasiyası ilə dəniz sərhədlərinə malikdir.
 
Pul vahidi – 1 Yen = 100 sen.
 
Dövlət başçısı – Yaponiya imperatoru.
 
Dövlət quruluşu – Konstitusiyalı monarxiya.
 
Yaponiya ixracın həcminə görə 4-cü, idxalın həcminə görə isə 6-cı yeri tutur. Böyük səkkizliyin üzvüdür.