D

Disneylend

Disneylend
 
Disneylend Anahaym şəhərində (ABŞ-ın Kaliforniya ştatı) əyləncə parkıdır.
 
Uolt Disneyin ideyasının təcəssümü olan park 1955-ci il iyulun 17-də açılıb.
 
Cizgi filmləri və nağıllar aləminin canlandırıldığı bu park uşaqları da, böyükləri də eyni dərəcədə cəlb edən maraqlı istirahət məkanıdır.
 
Disneylend açmaq ideyası Uolt Disneyin ağlına qızları ilə şəhər parklarının birində gəzişərkən gəlib.
 
Park yaranandan etibarən bura dünyanın hər yerindən 500 milyondan çox turist və qonaq gəlib.
 
Təqribən 200 hektar ərazidə yerləşən Disneylend restoranları, oyun yerləri, teatrları, küçələri, attraksionları və hətta otelləri olan nəhəng əyləncə mərkəzidir.