Topçubaşov Mustafa

Mustafa Topçubaşov

 

Azərbaycan alimi, cərrah, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Tibb Elmləri Akademiyasının akademiki

 

1895-ci il avqustun 5-də İrəvan quberniyasında anadan olub.

 

1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Bakıya qayıtdıqdan sonra şəhər xəstəxanasında işləyib.

 

1930-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasının rəhbəri olub. Böyük Vətən Müharibəsi illərində Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının təxliyə hospitalının baş cərrahı olaraq çox sayda insanın həyatını xilas edib.

 

1950-ci ildə Beynəlxalq Cərrahlar Assosiasiyasının fəxri üzvü seçilib.

 

1951-ci ildən 1957-ci ilə qədər Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olub.

 

1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilib.

 

Mustafa Topçubaşov dünya cərrahlarının öz praktikalarında indiyə qədər də istifadə etdiyi 160-dan çox elmi işin müəllifidir.

 

1981-ci il noyabrın 21-də vəfat edib. Bakı şəhərindəki Elmı-Tədqıqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna onun adı verilib.