Xəbərlər

“Super Mario” barədə animasiya filmi çəkiləcək

Yaponiyanın videooyunlar istehsal edən “Nintendo Co., Ltd.” şirkəti “Illumination Entertainment” ilə birgə uşaqların məşhur oyun qəhrəmanı “Super Mario” haqqında film çəkmək niyyətindədir.


AZƏRTAC xəbər verir ki, animasiya filminə “Illumination Entertainment” kinoşirkətinin baş icraçı direktoru, məşhur “Buz dövrü” və “Mən yaramazam” kimi animasiya filmləri ilə tanınan Kristofer Meledandrinin, eləcə də “Nintendo”nun baş icraçı direktoru, “Mario” və “Donkey Dong” kimi seriyaların yaradıcısı Siqeru Miyamotonun prodüserlik edəcəyi bildirilir.


Animasiya filminin istehsalı “Universal Pictures”in dəstəyi və “Nintendo” şirkətinin maliyyə vəsaiti hesabına ərsəyə gələcək. Kinoteatrlarda animasiya filminin prokatını “Universal Pictures” həyata keçirəcək.