Son əlavə olunanlar

Afişa

Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək

Sentyabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.

“Oyaq gözəl” yenidən səhnədə

Sentyabrın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.

“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq

Sentyabrın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq.

Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək

Sentyabrın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” tamaşasını nümayiş edəcək.

“YARAT” uşaqlar üçün virtual sərgi açacaq

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri uşaqlar üçün “Virtual Artım” sərgisi həyata keçirəcək.  

Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir

Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayonu İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.