YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dolu

Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən daha böyük ölçüdə ola bilir. 

 
Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qatı bəzən bir neçə santimetrə çatır. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata bilər.
 
 
Dolu hadisəsi hər yerdə və hər mövsümdə,  xüsusilə yaz və yay mövsümlərində müşahidə olunur. Dolu yazda nə qədər gec yağsa, zərəri o qədər böyük olar. Dolu əkinlərin məhv olması,  tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı, iri və xırda buynuzlu heyvanların ölümünə də səbəb ola bilir.
 
 
Dolu bitkilərin inkişaf və böyümə mərhələsində yağdığı zaman gənc  çiçək, yarpaq və meyvələri qoparır və məhv edir. Ayrıca, ağaclara zərər vuraraq, onların  gələcək illər üçün səmərəsini xeyli aşağı salır.