YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yupiter

Yupiter Günəş sistemində 5-ci planetdir və planetlərin ən böyüyüdür. Yupiterin zolaqları və dairəvi fırtınaları su, amiakdan ibarət olan soyuq buludlardır. Atmosfer əsasən hidrogen və heliumdan ibarətdir. Yupiterin məşhur qırmızı ləkəsi Yerdən də böyük olan və yüz illərlə davam edən bir qasırğadır.


Bu planetin 50-dən çox peyki vardır. Alimlər daha çox “Qaliley peykləri” ilə maraqlanırlar. Bunlar 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf olunmuş və Yupiterin ən boyük dörd peyki – Avropa, Kalisto, Hanimed və İodur. Yupiterin həmçinin üç halqası vardır, ancaq onları  bir-birindən fərqləndirmək çətindir.


Yupiter qədim Roma allahlarının padşahı adını daşıyır.


Həcmi və məsafəsi
69911 km olan Yupiterin radiusu Yerdən 11 dəfə enlidir. Əgər yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Yupiter basketbol topu boyda olardı.


Günəşdən 778 milyon km məsafədə olan Yupiter 5.2 astronomik vahiddə yerləşir. Bir astronomik vahid, qısaca AV, Günəşdən Yerə qədər olan məsafədir. Günəşdən Yupiterə işıq 43 dəqiqəyə çatır.


Orbiti və oxu ətrafında dövr etməsi 
Yupiter Günəş sistemində ən qısa günə malikdir. Yupiterdə bir gün 10 saata bərabərdi. Bu planetin Günəş ətrafında fırlanması da çox maraqlıdır. Belə ki, Yupiter Günəş ətrafında 12 ilə orbitini başa vurur. Yupiter orbitinə münasibətdə 3 dərəcə əyilib. Bu o deməkdir ki, o, öz oxu ətrafında tam vertikal şəkildə fırlanır. Buna görə də bu planetdə fəsillər baş vermir.


Yaranması
Yupiterin formalaşması 4.500 milyon il bundan əvvələ, Günəş sisteminin yaranması dövrünə təsadüf edir. O zaman Yupiter ətrafında olan qazları özünə çəkərək böyük nəhəngə çevrilmişdir. Əslində Yupiterin tərkibi elə Günəşin tərkibidir. Sadəcə Yupiter Günəşdən kiçik olduğuna görə alışa bilməyib.


4.000 milyon il bundan öncə Yupiter indiki orbitində özünə yer alıb öz həyatını yaşayır və Günəşdən 5-ci yerdə dayanır.


Qurluşu
Yupiterin tərkibi Günəşə bənzəyir, əsasən də hidrogen və helium qazından ibarətdir. Atmosferin dərinliyində təzyiq və hərarət artdıqca hidrogeni maye halına salır. Bu, planeti böyük dənizə çevirir. Bu dəniz su deyil, hidrogendən ibarətdir və Günəş sistemimizdə ən böyük dəniz sayılır. Alimlər belə hesab edirlər ki, planetin mərkəzində təzyiq o qədərdir ki, elektronlar öz atomlarına sıxılır və bu zaman onun metala bənzər elektrik keçirmə qabiliyyəti yaranır. Belə hesab olunur ki, planetin öz oxu ətrafında sürətlə fırlanması onun zolaqlarında yüksək elektrik cərəyanı yaradır və bu da planetin maqnetik sahəsini artırır. Hələ indiyədək məlum deyil ki, Yupiterin nüvəsi qazdan ibarətdir, yoxsa sərt metaldan. Ola bilsin ki, mərkəzdə hərarət 50.000 dərəcəyə çatsın və tərkibi dəmir və silikatlardan ibarət olsun.


Səthi
Yupiter nəhəng qaz yığnağından ibarət olduğu üçün onun sərt səthi yoxdur. Təsəvvür edin ki, kosmik gəmi Yupiterə enməyə çalışır. Bu zaman onun atmosferində belə uçması xəsarətsiz ötüşməyəcək. Yüksək dərəcədə və təzyiqdə olan qazlar ora eniş yapmaq istəyən kosmik gəmiləri dağıdacaq,  əzəcək və əridəcək.


Atmosfer
Bu qazlı planetin atmosferi çox güman ki, üç qatdan ibarətdir və 71 km qalınlığındadır. Yuxarıda yerləşən buludlar yəqin ki, buzlu amiak, orta təbəqə isə amiakdan və hidrosulfat kristallarından ibarətdir. Səthə yaxın təbəqə isə qaz halında olan sudan ibarət ola bilər.


Planetin səthində görünən zolaqlar kükürd və fosfor tərkibli qazlardan ibarət ola bilər. Yupiterin 10 saat ərzində sürətli firlanması qaz cərəyanlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman qazlardan tərkibinə görə zolaqlar əmələ gəlir.


Yupiterin sərt səthi olmadığından o, fırlanan qazları sürtünmə nəticəsində dayandıra bilmir və buna görə də 100 illərlə çəkən fırtınalar əmələ gəlir. Fırtınalı Yupiterdə çoxlu sayda küləklər əsir və küləyin ekvatorda sürəti saatda 539 km-ə çatır. Planetin səthində olan qırmızı ləkə Yerdən iki dəfə böyükdür və 300 ildir ki, müşahidə olunur. Bu yaxınlarda 3 o qədər də böyük olmayan ləkələr birləşib kiçik qırmızı ləkə yaradıblar.


Həyat mümkünlüyü
Yupiterin mühiti həyat üçün, onu tanıdığımız kimi yararlı deyil. Mühitdə hərarət, təzyiq hədsiz dərəcədə yüksək olduğundan canlı burada həyata uyğunlaşa bilməz. Ancaq planetin peyklərində həyat mümkün ola bilər. Avropa həyat üçün yararlıdır və buna görə də orada həyat axtarılır. Belə güman olunur ki, peykin səthindəki donmuş suyun altında həyat tapıla bilər.


Yupiter dörd böyük və çoxlu sayda digər peykləriylə kiçik Günəş sistemini formalaşdırır. Yupiterin 53 peyki vardır. Onlardan 14-ü müvəqqəti xarakter daşıyır. Yupiterin əvvəldə qeyd etdiyimiz kimi 4 böyük peyki olan Avropa, Kalisto, Hanimed və İo 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Bu peykləri biz Qaliley peykləri kimi tanıyırıq. İo vulkanik cəhətdən çox aktivdir. Hanimed Günəş sistemimizdə ən böyük peykdir (Merkuridən də böyükdür). Avropanın səthində olan buzun altındakı okeanda həyat ola bilər. Bu, onu çox maraqlı edir.


Halqa
1979-cu ildə NASA-nın Voyecer 1 kosmik aparatı tərəfindən Yupiterin halqaları kəşf olunanda bu, böyük təəccübə səbəb oldu. Qalileo kosmik aparatın Yerə ötürdüyü məlumatlara görə orada olan kiçik asteroidlərin bir-biriylə toqquşması zamanı onlar xırda hissələrə, hətta toz halına çevrilir və nəhəng planetin halqa sistemini əmələ gətirirlər.


Maqnitosfer
Yupiterin nəhəng maqnetik sahəsi Yerdən 16-dan 54 dəfəyədək güclüdür. Planetlə birgə fırlanır, elektrikləşir və bütün hissələri özüylə süpürüb aparır. Planetin yaxınlığında olan maqnetik hissəcikləri ələ keçirir və sürətləndirərək özüylə aparır. Bu zaman radiasiya yaranır və özünə yaxın olan peyklərini və ya kosmik gəmini bombardıman edir.