YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kartoqrafiya

Hələ antik dövrlərdə bütün dövlətlərdə insanların müəyyən sahədə hərəkətetmə istiqamətini təyin etmək üçün ərazinin planını tərtib edirdilər. Tacirlər və dənizçilər öz marşrut və yollarını qeyd etmək üçün böyük xəritələr xəyalı ilə dolanırdılar. Belə xəritələrə ehtiyacın olması texniki üsulların və lazımi coğrafi biliklərin köməyi ilə yer səthinin xəritələrinin yaradılmasının əsası olan kartoqrafiyanın inkişafına səbəb oldu.

 

İstifadəsindən asılı olaraq müxtəlif xəritələr var:relyefi və ərazini ümumi əks etdirən fiziki xəritə, dövlətlərin ərazisini göstərən siyasi xəritə, turistlər üçün avtomobil və şose yollarının xəritəsi, gəmi yollarını göstərən dənizçilik xəritəsi və hətta okeanların dibinin xəritəsi. Bütün xəritələrdə yerin təyin edilməsi, məlumatı və məsafələr mümkün qədər dəqiq göstərilməlidir.