YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Virtual reallıq

Virtual reallıq (VR) kompyuterlər vasitəsilə tamamilə başqa bir mühitdə olma illüziyasının yaradılmasıdır. VR süni səslər və görüntülər vasitəsilə hissləri stimullaşdıraraq beyni yaşanılan təcrübənin real olmasına inandırır. 


Virtual reallıq sistemi istifadəçiyə virtual cisimləri görmək və bəzi hallarda hətta toxunmaq hissini yaşamağa imkan verir. İstifadəçi daxilində kiçik şişirdilmiş kameralar olan əlcəkləri geyinir və bu ona virtual cisimləri real olaraq hiss etdirir. 


Bir çox virtual reallıq sistemlərində qulaqcıqlar və əlcəklər virtual dünyanın layihəsini istifadəçinin gözü qarşısına şəkil olaraq gətirir. İnsanlar idarəetmə dəstəyi, izləmə topu, nəzarət çubuqları, səs tanıma proqramı, məlumat əlcəkləri və ötürücülər vasitəsilə virtual aləmlə qarşılıqlı əlaqədə olur. 


“VirtuSphere” çarx üzərində hərəkət edən topdur və bunun üzərində gəzən istifadəçi qeyri-məhdud məsafədə hərəkət edə bilir. İstifadəçi hərəkəti izləmək və virtual dünyanın rəsmini yaratmaq üçün simsiz qulaqcıq geyinir. VirtuSpheredən hərbi məşqlər və muzeylərdə virtual turlara qədər müxtəlif məqsədlər üçün istifadə olunur. 


Arxitektorlar, istehsalçılar və dizaynerlər yeni məhsul və ya tikinti layihəsini sınaqdan keçirmək üçün Virtual reallıqdan yararlanırlar. Virtual dünyada sınaq real işin görülməsindən öncə, ola biləcək böyük problemlərin qarşısını almağa imkan verir. 


Hərbdən hər hansı bir əsgərin həyatını real risk qarşısında qoymadan təhlükə döyüş səhnələrinin yaradılması üçün virtual reallıqdan istifadə olunur. Eləcə də xəstəxanalarda, təlimçi cərrahlar insanların həyatına ziyan vurmadan kompyuter ekranında cərrahiyyə əməliyyatı təlimlərini həyata keçirirlər. 


Amerikanın Kosmik Agentliyi NASA virtual reallıqdan istifadə edərək Marsın səthinə göndərilən “Spirit” və “Opportunity” aparatlarının ən son modelini hazırladı. Astronomlar da eyni zamanda kosmos əməliyyatlarının həyata keçirilməsinə hazırlıq üçün VR-dən yararlanırlar.


Mühəndis virtual reallıqdan istifadə etməklə qırmızı planetin daşlıq səthində naviqasiya problemlərinin öyrənilməsinə çalışır.


Pilot uçuş simulyatoru-virtual reallığın ilkin formalarından birində məşq edir. Pilot təbii ölçüdə hazırlanmış kabinənin modeli içərisində oturur və xarici dünyanın kompyuterdəki təsvirini görür. Simulyatorun nəzarət mexanizmləri real təyyarədə olduğu qaydaya cavab verir.


Vr-dən istifadə etməklə pilotlat təhlükəsizlik qaydalarına riayət edərək uçmağı öyrənə bilərlər.