YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Linzalar

Kameralara hər yerdə təsadüf olunur. Mobil telefonlarda, adətən, kamera quraşdırılır və onlara təhlükəsizlik sistemində, kosmosun kəşfində, tibbi ləvazimatlarda və sürət kameralarında rast gəlmək olur. Kameralar sabit və hərəkətdə olan obyektləri tuta bilən qurğulardır. 


Rəqəmsal texnologiyaya keçid


Rəqəmsal kameralar kino kameralarına bənzəyir, fərqli cəhəti isə onların şəkilləri yaddaş kartında saxlamasıdır. Bu kameraların linzaları şəkilləri işığı elektrik yükünə çevirən elektrik sensora (CCd və ya CMOS) fokuslaşdırır. Bu yüklər şəklə rəqəmsal qiymət vermək üçün hazırlanmışdır. Kompyuter çipləri məlumatların şəklin hazırlanması üçün ötürür və hazır şəkil saxlanılması üçün yaddaş kartına göndərilir. 


Rəqəmsal ekran istifadəçiyə şəkillərə baxmaq və gözdən keçirməyə imkan verir. Dövrə lövhəsi məlumatların sensordan rəqəmsal formaya keçməsini təmin edir. Rəqəmsal kameranın işləməsi üçün sensor tələb olunur. Qapaq işığın linzalardan sensora keçməsini təmin edir. Sensor milyonlarla piksel görüntü nöqtəsi şəbəkəsindən ibarətdir. Hər bir piksel yaşıl, mavi və ya qırmızı süzgəclər vasitəsilə üzərinə düşən işığı ölçür.


Bu ölçü daha sonra son rəqəmsal şəklin hazırlanması üçün rəqəmsal məlumata çevrilir. 


Kino kameraları adi foto kameralarından yalnız filmin davamlı olması ilə fərqlənir. Filmin hər bir kadrı bir-birindən az fərqlənən şəkillər çəkir və kadrlar projektordan keçdiyi zaman davam edən film illuziyası yaranır. Kino kameraları, eyni zamanda səsləri də qeyd edə bilir. 


Professional studiya kameraları televiziyalarda istifadə olunur. Onlar hər bir işığı qırmızı, yaşıl və maviyə bölür, sonra rəngləri ayrıca müəyyən etməklə daha keyfiyyətli şəkil yaranmasına imkan verir. Şəkillər daha sonra xüsusi qeyd aparatına göndərilir. Studiya kameralarının çoxu xüsusi arabacıqlara birləşdirilir, lakin onlar eyni zamanda hərəkət edən qurğulara da quraşdırıla bilərlər. 


Video və video-kameralar informasiyanın toplanması və saxlanması üçün ilkin olaraq sadə və daha sonra rəqəmsal lentlərdən istifadə olunur. Hazırda isə onları optik disklər və ya yaddaş kartları əvəz edir. Video-kameralar daha çox məişətdə işlədilir və zaman keçdikcə onlar daha balaca və yüngül formaya çevrildi və bu onların bir əldə belə daşınmasına imkan verir.


Ani çap Polaroid kameraları da inkişaf edərək çəkilən şəklin bir dəqiqə və ya daha qısa müddətdə hazır olmasını təmin edir.


İlk qapalı televiziya sistemi 1949-cu iləd Böyük Britaniyada, Londonda Guy’s Hospitalda quraşdırılıb. Hazırda dünyada təqribən 20 milyona qədər qapalı televiziya sistemi var.