YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məhkəmə ekspertizası

Məhkəmə ekspertizası polisə cinayətkarlıqla mübarizədə yardım edir. Bir çox insanlar yalnız qətl hadisələrindən danışdıqda məhkəmə ekspertizası barədə düşünür, əslində isə məhkəmə ekspertləri bir sıra cinayət hasələrinin açılmasında mühüm rol oynayır. Onlardan bəziləri “internet cinayətkarları”nı təqib edən kompyuter mütəxəssisləri, digərləri isə saxtalaşdırmanı üzə çıxaran incəsənət mütəxəssiləridir. 


Hadisə yeri


Tədqiqtçılar hadisə yerində, orada olan sübutları toplayırlar. Onlar qan ləkəsindən bədən mayesi, lif və ya barmaq izlərinə qədər cinayəti törədən şəxsin tapılmasına imkan verəcək hər hansı dəlil axtarırlar. Təqdqiqatçılar hadisə yerində bütün sübutların şəklini çəkir və daha sonra onları əlavə tədqiqat üçün laboratoriyalara göndərirlər. 


Meyitin müayinəsi


Hər bir şübhəli ölümdən sonra anatom-patoloq adlandırılan həkim meyitin müayinəsini həyata keçirir. Bu ölümün vaxtı və səbəbinin öyrənilməsi üçün meyitin yarılması yolu ilə aparılır. Əgər ölüm hadisəsi xeyli vaxt əvvəl baş veribsə, ölüm vaxtı meyitdə toplanan həşəratların növlərinə görə təyin olunur. 


Məhkəmə ekspertləri meyiti xüsusi meyit torbasına yerləşdirirlər və meyitin müayinəsi aparılana qədər onu meyitxanada saxlayırlar. 


Barmaq izlərinin xüsusiyyətləri


Əgər barmaqlarınızın uclarına baxsanız o zaman onların kiçik dağ silsiləsi şəklində xətlərin olduğunu görərsiniz. Müxtəlif nümunələrdən olan xətlər tağ, ilgək və ya qıvrım şəklində ola bilərlər. Hətta eyni yumurta əkizləri də daxil olmaqla heç bir şəxsin barmaq izləri digəri ilə eyni ola bilməz. 


Cinayətkarlar toxunduqları hər şey üzərində barmaq izlərini qoya bilərlər. Qan ləkəsi üzərində qalmış barmaq izlərini çox aydın şəkildə görmək olur. Digər görünə bilən izlər yumşaq əşyalar, məsələn, sabun üzərində saxlanıla bilər. Gizli izlər bədənin təbii yağı ilə saxlanılan izlərdir və onlar məhkəmə ekspertləri tərəfindən hadisə yerinin ekspertizası zamanı aşkara çıxır. 


Məhkəmə ekspertləri pəncərə şüşəsi üzərində qalan barmaq izlərinin üzə çıxarlması üçün tozlanmanı həyata keçirir. 


Barmaq izlərinin DNT analizi


Eyni yumurta əkizləri istisna olmaqla, hər bir şəxsin yalnız ona məxsus DNT düzülüş ardıcıllığı var. Məhkəmə ekspertləri DNT-ni kiçik hissələrə bölməklə onu açaraq barmaq izinə çevirə bilər, daha sonra isə ardıcıllığı yaratmaq üçün yapışqan üzərinə yaya bilərlər. 


Rəqəmsal məlumatlar


Kağız üzərində barmaq izlərinin üzə çıxarılması üçün mürəkkəbdən istifadə olunması zamanı çoxdan keçib. Artıq polislər elektron skannerlərdən istifadə etməklə barmaq izlərini rəqəmsal olaraq qeydə alırlar. Bu barmaq izləri saxlanılır və lazım olduqda hadisə yerində tapılan barmaq izləri ilə müvafiq müqayisədə aparılır. Hazırda isə daha yeni bir vasitə göz bəbəyi ətrafında rəngli toxuma ilə eyniləşdirmənin aparılması üsulu kəşf olunub.


Skaner hər bir insan üçün özünəməxsus olan göz bəbəyinin xüsusiyyətlərini qeydə alır.


Skaner barmaq izini əmələ gətirən tağlar, qoşa ilgək və qıvrılmaların nümunələrini qeydə alır. 


Komputerlərin istifadəsi ilə törədilən cinayətlərin sayı artmaqdadır. Bu cinayətlər daha çox bank kartlarının məlumatlarının oğurlanması və hər hansı başqa şəxs kimi təqdim olunma formasında baş verir.

Kompyüter mütəxəssiləri polisə bu cinayətlərin açılmasında yardım edir.