YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Maqnetizm

Elektrik olduğu hər yerdə maqnetizm də var. Bu, sirli, görünməz qüvvə metal əşyaları bir-birinə doğru çəkir və ya onları bir-birindən itələyir.


Maqnetizm niyə yaranır?


Eletriki əmələ gətirən eyni elektronlar, həmçinin maqnetizmin yaranmasına səbəb olur. Bu qüvvə görünməyən maqnit sahəsi ilə hərəkət edir və maqnit sahəsi yalniz bir neçə metal yonqarı maqnit çubuğuna doğru yaxınlaşdıran zaman görülə bilinir.


Təbii maqnit: Yer kürəsi kompas iynəsini maqnetik Şimal qütbünə doğru göstərən nəhəng təbii maqnitdir. Yerin maqnit sahəsi minlərlə mil məsafədə uzanaraq maqnitosfer adlanan böyük ərazini əmələ gətirir.


Eyni qütblər itələyir


Maqnitin şimal və cənub qütbü var. Əgər eyni qütbləri bir-birinə yaxınlaşdırsanız, onların bir-birini necə itələdiyinin şahidi olacaqsınız.


Əks qütblər cəzb edir: əks qütbləri bir-birinə yaxınlaşdırdıqda cazibə qüvvəsinin maqnitləri birlikdə saxlamağa çalışdığını görəcəksiniz.


Elektromaqnetizm: maqnetizm və elektrik elektromaqnetizm qüvvəsi ilə birləşdirilir. Əgər maqniti məftilə doğru yaxınlaşdırsanız, elektrik enerjisi məftildə daşınmağa başlayır. Eyni qaydada elektronlar məftildə daşındığı zaman ətrafında maqnetik sahə yaradırlar. 


Elektrik elektromaqnit daxilində elektrik məftillərinin ilmələrində daşınan metal qırıqlarını qaldırmaq üçün güclü maqnetik sahə yaradır. 


Elektrik mühərriki: məftil çarxdan axan elektromaqnitlər çarxın içində maqnitin içəri və çölə hərəkət etməsinə səbəb olur. Bu zaman elektrik enerjisi kinetik enerjiyə çevrilir və bu qaydada eletrik mühərriki hərəkət edir. Elektrik mühərriklər kompyüterlərdən tutulmuş mətbəx ləvazimatlarına qədər bütün cihazların tərkibində quraşdırılır.