YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Elm nədir?

Elm dünya və onun necə olması haqqında yeni biliklər əldə etmək axtarışıdır. Dünyanın izahının digər yollarından fərqli olaraq elm nəzəriyyə fikirlər üzərində təcrübəyə əsaslanır. 


Elmdən öncə


Keçmişdə insanlar həyatın necə başlaması, Günəşin səmada görünməsi, okeanların yaranması və s. izah etmək üçün qədim hekayələrə istinad edirdilər. Bu hekayələr, adətən, dini kitablardan və ya bəzi alimlərin sınaqdan keçirmədən söylədikləri fikirlərə əsaslanırdı və sınanmadığı üçün bu hekayələrin hər bir xalq tərəfindən doğru sayılan müxtəlif variantları var idi. 


Elm necə yarandı?


Elm insanların dünya haqqında biliklərini sınaqdan keçirməyə başladıqları zaman yarandı. Bunu edən ilk şəxslərdən biri ingilis həkim Vilyam Qilbert (1544-1603) olub. O, maqnetizimlə bağlı bir sıra eksperimentlər apardı və Yer kürəsinin nəhəng bir maqnit kimi olmasını sübut etdi.


Nəzəriyyələrin sınaqdan keçirilməsi 


Alimlər işə ideya və ya “nəzəriyyə” irəli sürməklə başlayır. Təsəvvür edin ki, siz soyuqlamısınız lakin portağal şirəsi içdikdən sonra özünüzü daha yaxşı hiss edirsiniz. Siz fikir irəli sürə bilirsiniz ki, portağal şirəsi soyuqdəyməni müalicə edir. Bunu sınaqdan keçirmək üçün siz soyuqlamış bir neçə nəfərə portağal şirəsi içirdə bilərsiniz. Əgər portağal şirəsi qəbul etmiş şəxslər digərlərinə nisbətən daha tez sağalırsa, demək bu sizin nəzəriyyənizi gücləndirir.


Nəzəriyyələrin təsdiq olunması


Yanlış nəzəriyyənin tamamilə səhv olmasına alimlərin sübut etməsinə baxmayaraq, uğurlu nəzəriyyənin tamamilə doğru olmasını sübut etmək mümkün olmur. Hətta nəzəriyyə doğru görünsə də, kimsə nə vaxtsa yeni sınaq həyata keçirə və nəzəriyyənin yanlış olmasını təsdiq edə bilər. Bu səbəbdən də nəzəriyyələr həmişə nəzəriyyə olaraq qalır. 


Elm sahələri 


Elmin 2000 il bundan əvvəl yarandığı gündən indiyə qədər bizim dünya haqqında biliklərimiz kifayət qədər çoxalıb. Elm dünyanı dəyişəcək bir sıra kəşflərə, məsələn, bir çox xəstəliklərin müalicəsinin öyrənilməsinə səbəb oldu. O, həmçinin, televizor, telefon, kompüter və kosmik raket kimi yeni ixtiralara gətirib çıxardı. Elmin belə praktik təkanları texnologiya adlanır.


Tibb


Tibb elmin xəstəlikləri müalicə edən sahəsidir. Qədim zamanlarda insanlar xəstəliyə pis əmələ görə cəza vasitəsi kimi baxırdılar. Alimlər indi bir çox xəstəliklərin səbəbinin mikroskopik orqanizmlər, irsi genlər və ya insanın immun siteminin çatışmazlıqları olduğunu müəyyən ediblər. 


Fizika


Fiziklər enerji və hərəkəti araşdırırlar. Onlar atomları əmələ gətirən ən kiçik hissələri, həm də zaman, işıq, cazibə, və məkan kimi varlıqları öyrənirlər. Fiziklərin işləri bizə televizora baxmaq və mobil telefonlarla danışmaq imkanı verən radio dalğalarının kəşfinə səbəb oldu. 


Kimya


Bütün maddələr, saçından və dişlərindən tutmuş ətrafındakı havaya və bu kitabdakı kağıza qədər hər şey kimyəvi maddələrdən hazırlanıb. Kimyaçılar atomların necə müxtəlif şəkildə birləşərək molekul yaratmasını və ya parçalanaraq yeni maddə şəklində birləşməsini araşdırırlar.


Geologiya


Yer kürəsini və onun daxilini öyrənən elm sahəsi geologiya adlanır. Geoloqlar suxurların minerallar adlanan kimyəvi maddələrdən necə yaranması və parçalanaraq yeni suxur formalarını yaratmasını araşdırırlar. Onlar, eyni zamanda Yerin alt qatlarında baş verən proseslərlə də maraqlanırlar. Bu proseslər vulkan və zəlzələlərin baş verməsi və Yerin üz qabığının uzun müddət ərzində dəyişməsinə səbəb olur. 


Biologiya


Biologiya canlı varlıqları öyrənən elm sahəsidir. Onun ayrı-ayrı sahələri, botanika və zoologiya da daxil olmaqla, həyatın müxtəlif formalarını öyrənir. Biologiya ən vacib nəzəriyyələrdən biri canlı varlıqların olduqları formaya necə düşməsini izah edən təbii seçim nəzəriyyəsidir. 


Canlı varlıqların daşlaşmış qalıqları alimlərə təkamülü izah etməyə imkan verir. 


Astronomiya


Yer kürəsi, planetlər, ulduzlar, qalaktikalar və geniş boşluqlarla dolu səmada yalnız kiçik bir ləkə kimi görünür. Astronomiya bizim planetimizin arxasında dayanan bu nəhəng sahəni öyrənən elmdir. Raket texnologiyası sahəsində astronomlar fəzanı, elə oradaca öyrənə bilirlər.