YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İmperiyanın yaşı

1600-cü illərdən etibarən Avropa dövlətləri tədricən yeni torpaqlar ələ keçirir və digər dünya dövlətləri  üzərində nüfuz qazanırlar. 1800-cü illərin ortalarından başlayaraq onlar imperiyanın ərazisini genişləndirməyə və varlanmağa çalışaraq yeni ticarət mərkəzləri uğrunda mübarizə aparırdılar. 


Şimali Amerika


Bir çox insanlar, məsələn, İrlandiyadakı “Kartof qıtlığı” kimi pis şəraitdən qaçmaq üçün Avropadan ABŞ və ya Kanadaya emiqrasiya edirdilər. Yeni sakinlərin gəlişi qitənin ən ucqar yerlərinin kəşf olunması və istifadəsinə səbəb oldu. 


İdxal və ixrac


Avropa dövlətləri imperiyalarından xammal idxal edir və daha sonra istehsal məhsullarını geriyə-müstəmləkələrə ixrac edirdilər.


Dəmir yolları


Malların daşınması üçün qitələr və ölkələr boyunca geniş dəmir yolu xətləri şəbəkəsi yaradılmışdır. 


Cənubi Amerika


1800-cü illər ərzində Cənubi Amerikanın bir çox ölkələri müstəqillik qazandı. Yalnız Britaniya, Fransa və Hollandiyanın böyük plantasiyalı müstəmləkələri var idi. 

 

Cənubi Afrika


1800-cü illərdə almazın kəşfi bu yoxsul qitəni ən çox arzulanan yerlərdən birinə çevirdi və Afrika uğrunda çəkişmələr başladı.


Luis Merivezer və Uilyam Klark 1805-ci ildə “Qayalı Dağlar” dan keçərək Amerikanın qərb ərazilərinə getmək üçün yollar tapan ilk amerikalı səyyahlar oldular. Digər səyyahlar, tacirlər və yerli əhali isə yalnız onlardan sonra bundan xəbərdar oldu. 


Afrika


“Afrika uğrunda mübarizə” 1870-ci illərdə Avropa dövlətlərinin bu qitə üzərində nəzarəti ələ keçirmək üçün bir-biri ilə rəqabətə girməsi zamanı başladı. Kəşfiyyatçılar burada qızıl və almaz kimi xammal aşkar etdilər və buradakı torpaq və işçi qüvvəsi plantasiyaların salınmasını mümkün edirdi. 


Boer müharibəsi


1899-cü ildə Afrikanın cənubunda Boer kimi tanınan hollandiyalı gəlmələr və minerallarla zəngin torpaq axtarışında olan britaniyalılar arasında müharibə başladı.


İmperiya yaradıcıları


Avropanın əsas müstəmləkə sahibləri Böyük Britaniya, Fransa, Hollandiya və Portuqaliya idi. XIX-cu əsrin sonlarında Böyük Britaniya imperiyasının ərazisi Yer kürəsinin quru səthinin dörddə birini əhatə edirdi.


Hindistan


1900-cü ildən Britaniya bütün Hindistanı idarə edirdi. Bir çox Britaniya idarəçiləri və tacirləri ailələri ilə birlikdə burada yaşayır və müstəmləkəçiliyin üstünlüklərindən yararlanırdılar. Çay plantasiyaları sahiblərinin varlandığı bir zamanda, yerli əhali yoxsulluq içində yaşayırdı. 


Avstraliya


Britaniyalılar Avstraliyada ilk müstəmləkələrinin salmaq üçün məhbuslardan istifadə edirdilər. İlk sakinlər 1793-cü ildə bura gəlməyə baladı. Yerli aborigenlər gəlmələr tərəfindən torpaqlarından qovulur və onların istəmədiyi, münbit olmayan ucqar ərazilərə yerləşdirilirdilər.


İnkişaf etməkdə olan sənaye ölkələri üçün xammala çatımlılıq çox önəmli idi. Xammalın olduğu ölkələri ələ keçirmək həmin əraziləri idarə edənlərlə danışıqlar aparmaqdan daha asan və gəlirli idi. Müstəmləkələr, həmçinin, mədənlər və plantasiyalar üçün ucuz işçi qüvvəsi təmin edirdi. 


İndoneziya


XVII və XVIII-ci əsrlədə Holland Şərqi Hindistan ticarət şirkətinin uğurundan sonra, Holland hökuməti nəzarəti ələ keçirdi, qəhvə və ədviyyat yetişdirmək üçün böyük plantasiyalar saldı. 


Avstraliya


1850-ci illərdə Viktoriya şəhərində qızıl yataqlarının kəşfi qızıl axınına səbəb oldu. Avropadan gələn əhalinin sayı sürətlə artırdı.


İkinci Dünya müharibəsindən sonra müstəmləkələr müstəqil dövlət olmaq yolunda nümayişlərə başladılar. 1940-1960-cı illər ərzində bir çox dövlətlər müstəqillik qazansa da, bəziləri, məsələn, Hindistan üçün bu zorakılıqla nəticələndi. Bir çox xalqların hələ də müstəmləkə gücləri ilə bağlılıqları var. Millətlər Birliyi bir vaxtlar Britaniya imperiyasının tərkib hissəsi olan 53 dövləti özündə birləşdirən təşkilatdır.