YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dünya dinləri

Din dünyanın necə yarandığı, ölümdən sonra nə baş verəcəyi və həyatımızı necə yaşamalı olmağımızı müəyyən edən inancların toplusudur. İnanclı insanlar dini ayinləri yerinə yetirən zaman və bayramlarda iştirak üçün bir araya gəlirlər. Onlar elm tərəfindən izah oluna bilməyən, gözəgörünməz mənəvi dünyaya inanırlar. 


Dünyada əhalinin çox hissəsi dini ənənələrlə yaşayır. Onların təxminən üçdə biri Xristian, beşdə biri isə müsəlmanlardır. Yalnız dünya əhalisinin 12 faizi özlərini dini olmayanlar kimi təqdim edirlər. 


Səmavi dinlər


İuadizm, İslam və Xristianlıq Səmavi dinlər adlanan eyni “ailə” nin tərkib hissələridir. Hər üç din İbrahimi inanclarının əcdadı hesab edir. İslam və xristianlıq bütün dünyaya immiqrantlar və missionerlər vasitəsilə yayılıb.


İuadizm


İuadizm 3500 il bundan əvvəl Orta Şərqdə israillilər adlandırılan tayfa arasında meydana gəldi. Onlar yalnız bir Allahın varlığına, onun dünyanı yaratdığına və hazırda da qayğısına qaldığına inanırlar. 


Tövrat yəhudilərin müqəddəs kitabıdır və inanca görə o, Musa peyğəmbərə Sinay dağında Allah tərəfindən diktə olunub. On hissədən ibarət bu kitab yəhudilərə düzgün yaşamağın yollarını göstərir. Digər hissələrlə birlikdə onlar Tanax adlanır. 


Bir çox yəhudi kişiləri Allaha ehtiramın nümayişi kimi kipa adlandırılan araqçın geyinirlər. 

 

 

Menorah adlanan səkkiz budaqlı şamdanda olan şamlar Yəhudilərin Hanuka bayramı zamanı yandırılır. Mərkəzdəki şam ətrafda olan digər şamların Hanuka bayramının hər bir günü yandırmaq üçün istifadə olunur. 


Seder-aclığı simvolizə edən ot və yeniləmə rəmzi olan yumurta da daxil olmaqla simvolik qidaların xüsusi iri boşqablarda stolun mərkəzində qoyulduğu yemək mərasimidir. 


Pesax israillilərin köləlikdə saxlanıldığı Misirdən azad olunması münasibətilə qeyd olunur. Yəhudilər inanırlar ki, Allah Misirlilərər qarşı 10 bəla göndərdi ki, bunlardan sonuncusu doğulan uşaqları və heyvanları məhv etdi. İsraillilər evlərini quzu qanı ilə işarələdilər və Allah onlara zərər vurmadan keçdi. Bundan sonra isə Firon israilliləri azad etdi. 


Xristianlıq


Xristianlar hesab edir ki, Beytləhimdə doğulan İsa Məsih Allahın bədənli mücəssəməsidir. Dini inanclara görə o, öldürüldükdən sonra yenidən dirilib. Xristianların müqəddəs kitabı Bibliya Əhdi-Ətiq (xristianlıqdan əvvəlki qədim hissə) və Əhdi Cədid (İncil və başqa xrsitian dini kitabları) hissələrindən ibarətdir. 


Katolizm

 

Xristianlığın məzhəblərindən ən böyüyü Roma katolikliyidir. Roma katolik kilsəsinin başında Roma Papası durur. Katoliklər inanır ki, Papa İsa Məsihin kilsənin ilk başçısı kimi təyin etdiyi müqəddəs Pyotrun varisidir. 


Yevxaristiya, həmçinin Rəbbin Süfrəsi kimi bilinən bu müqəddəs ayın zamanı çörək yeyilir və şərab içilir. Şərab kasada verilə bilir. 


Xaç İsanın edam edildiyi alətin təsviridir. Xristianların inancına görə bu qurbanvermə ayininə əsasən, onun tərəfdarları sonrakı həyatını cənnətdə Allahla keçirəcəklər. 

 

 

Müqəddəslər xüsusi müqəddəs həyat yaşayan şəxslərdir və onların bəziləri spesifik ölkələr və ya səbəblərlə bağlıdır. Məsələn, Andrey Rusiya və Şotlandiyanın həvarisi (apostolu) hesab edilir. 


İslam


İslamın eramızın 7-ci əsri Ərəbistanda Məhəmməd peyğəmbər (s) tərəfindən yaradıldığı hesab olunur. Müsəlmanlar təkallahlılığa inanırlar. Allah tərəfindən yer üzünə 124 min peyğəmbər göndərilib (Quranda onlardan yalnız 25-nin adı çəkilib) və onlardan sonuncusu Məhəmməd peyğəmbər (s)-dir. İbrahim, Musa və İsa isə daha əvvəl göndərilənlərə aiddir. 


Ramazan Quranın nazil olduğu hicri təqvimin doqquzuncu ayıdır. Ramazan ayı ərzində müsəlmanlar gün çıxandan batana qədər yeməkdən və içməkdən çəkinirlər. Bu onlara yoxsulluğu anlamağa fikirlərini dua etməyə və Quran oxumağa yönəltməyə imkan verir. 


Ramazan ayı orucluğun son günü bayramla bitir və bu gün müsəlmanlar məscidləri ziyarət edir və ənənəvi yeməklər bişirirlər. Məkkə- İslamda ən müqəddəs sayılan Məhəmməd peyğəmbərin (s)  doğulduğu bu şəhər Səudiyyə-Ərəbistanında yerləşir. Müsəlmanlar dünyanın harasında olmasından asılı olmayaraq dua edərkən üzü Məkkəyə dayanmalıdırlar. 


Allahın buyurduğu sözlər Məhəmməd peyğəmbər (s) vasitəsilə Quran adlandırılan kitabda toplanıb. Müsəlmanlar Quranda göstərilən qaydalara əsasən yaşamağa çalışırlar. Daha vacib hesab olunan 5 əsas şərt aşağıdakılardır:


Gündə 5 dəfə namaz qılmaq;


Zəkat vermək;


Ramazan ayında oruc tutmaq;


Həccə getmək;


Kəlmeyi şəhadət gətirmək;