YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cənubi Amerikada həyat

And dağları da daxil olmaqla kəskin landşaft, küylü, şən şəhərlər, musiqi, zəngin karnavallar və ehtiraslı futbol izdihamı Cənubi Amerikada görülməsi vacib olan şeylərdən yalnız bir neçəsidir. 


Cənubi Amerikanın ərazisində tropik meşələr, otaqlar, səhra və dağlar da daxil olmaqla demək olar ki, bütün landşaft növlərinə rast gəlinir.


Vəhşi təbiət


Bu materik böyük heyvan müxtəlifliyi üçün məskəndir: tropik tutuquşular və ilanlar meşələrdə, ayılar və kondorlar And dağlarında, qarışqayeyən və pumalar Pampas çöllərində yaşayırlar.


Yallı canavar-uzunayaqlı canavarlar Uruqvayda yaşayır.


And dağlarında insanlar lamaları yunundan istifadə etmək və ağır yükləri daşımaq üçün saxlayırlar. 


Rio yalnız dəniz sahili və göydələnlərdən ibarət deyil. Şəhər sakinlərinin çox hissəsi yoxsulluq içində favela adlandırılan xarabalıqlarda yaşayır. 


979 m hündürlükdə Venesuelada yerləşən Anhel şəlaləsi dünyada ən hündür şəlalədir və 1933-cü ildə amerikalı pilot Ceyms Angelin şərəfinə adlandırılıb. 


Atlantik okeanı sahilində yerləşən Braziliyanın ikinci ən böyük şəhərinin rəmzi İsa peyğəmbərə qoyulmuş nəhəng heykəldir.


Qida


Cənubi Amerika mətbəxinin əsas hissəsini  ət təşkil edir. Paraqvay, Uruqvay və Argentinada məşhur yemək sosiska, mal əti və toyuqdan ibarət olan asosododur. “Mate” adlandırılan çay Braziliyanın cənubunda məşhurdur və adətən, gümüşü saman çöpü ilə balqabaqda içilir.

 


Turizm


Hər il minlərlə insan Rio Karnavallarını seyr etmək və ya məşhur sahillərdə dincəlmək üçün Cənubi Amerikaya səfər edir. Turistləri cəlb edən digər yerlər isə İquazu şəlaləsi və Peruda yerləşən qədim inklər şəhəri Maçu-Piçudur.


Sənaye


Venesuelada dünyanın ən zəngin neft və qaz yataqları yerləşir və ölkə ixracının 80 faizini neft sənayesi təşkil edir. Braziliyada avtomobillərdən çoxu şəkər qamışından alınan etanolla hərəkət edir.


Panama şlyapası


Adına baxmayaraq bu günəş şlyapaları Panamada deyil, Ekvadorda hazırlayırlar.


Futbol


Futbol, Cənubi Amerikada küçədə futbol oynayan uşaqlardan böyük komandaların coşqun azarkeşlərinə qədər hər kəsin bəyənilən oyunudur. Braziliya futbolu özünün sürətli və hücum oyun üslubuna görə məşhurdur və milli komanda beş dəfə Dünya çempionu olub.


Kənd təsrrüfatı


Dünyada bütün kofeinin demək olar ki üçdə biri Braziliyada yetişdirilir. Cənubi Amerika, həmçinin banan, kako və şəkər qamışı istehsalı ilə məşhurdur. Çili və Argentina, eyni zamanda tanınmış şərab istehsalçılarıdır. 


Musiqi


Sambo, tanqo və bosso nova Cənubi Amerikaya məxsus rəqslərdən yalnız bir neçəsidir. Cütlüklərin etdiyi rəqs -tanqo Argentinada Buenos-Ayresin xarabalıqlarında yaranan rəqs növüdür. Tanqo musiqisi bandoneon adlandırılan konsertinada piano və skripkanın müşayiəti ilə ifa olunur.


Cənubi Amerika haqqında maraqlı məlumatlar


Çili dünyada ən uzun və ən ensiz ölkədir. Onun uzunluğu 4200 km, ən enli yeri isə 180 km-dir.


Uşuaya dünyanın ən cənubunda yerləşən şəhəridir. O, Argentinanın cənub ucqar nöqtəsində yerləşən Tierra del Fueqo adasının ərazisindədir. 


Təxminən 137 milyon dünyanın hər hansı başqa ölkəsindən daha çox katolik Braziliyada yaşayır. 


Boliviyanın La-Pas şəhəri dəniz səviyyəsindən 3,640 m hündürlükdə dünyanın ən hündür ikinci paytaxt şəhəridir.


Argentina adı ilk dəfə ora gümüş və qızıl axtarışına gedən ispanlar tərəfindən verilib və bu söz latın dilində gümüş “argentium” sözündən götürülüb.