YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əsrarəngiz buğumayaqlılar

Bir milyondan artıq növü ilə buğumayaqlılar heyvanlar aləminin ən geniş tipini (əsas qrup) əmələ gətirirlər. Onlar 400 milyon il əvvəl quruda gəzən ilk canlılar olub.


Həşəratlar


Həşəratların üç cüt ayaqları və üç hissədən: baş, döş qəfəsi və qarın boşluğundan ibarət bədəni var. Bu buğumayaqlıların ən böyük dəstəsidir: əslində bütün heyvan növlərinin 90 faizi, taxtabitilər, böcəklər, arılar, kəpənəklər də daxil olmaqla həşəratlardır.


Qanadlar bəzi növlərə gizlənməyə və yırtıcılardan qaçmağa yardım edir.


Dodaqayaqlılar və ikiqoşaayaqlılar


Bu buğumayaqlıların uzun bədəni bir neçə hissələrə bölünür. Dodaqayaqlıların hər bir buğum üçün bir cüt ayaqları, ikiqoşaayaqlıların isə hər buğum üçün iki cüt ayaqları var. Dodaqayaq “100 ayaq”, ikiqoşaayaq isə “1000 ayaq” deməkdir, lakin müxtəlif növlərin 12-dən 750-yə qədər ayaqları ola bilər. Nəhəng səhra dodaqayaqlısının sancması çox ağrıdıcı və zəhərlidir.


Nalşəkilli yengəclər


Xərçəngkimilərə daha çox bənzəmələrinə baxmayaraq, nalşəkilli yengəclər əslində hörümçəkkimilərə daha yaxındır: onların dörd cüt ayaqları, iki cüt ağız formaları var və buynuzcuqları yoxdur. Mövcud olduqları 300 milyon il ərzində bu heyvanlar əsaslı şəkildə dəyişiblər. Nalşəkilli yengəclər nəsli kəsilmiş trilobitlərin yaxın qohumlarıdır.


Hörümçəkkimilər


Hörümçəkkimilərin bədənləri iki hissədən ibarətdir. Onların dörd cüt ayaqları və iki cüt ağız formaları var: bir dəst ayaq caynağa bənzəyir və ovları turmaq üçün nəzərdə tutlub, digər dəst isə neştər və ya diş şəklindədir ovu yaralamaq və öldürmək üçün istifadə olunur. Onların buynuzcuqları yoxdur. Hörümçəklər, əqrəblər, gənələr və bitlər hörümçəkkimilərə aiddir. Afrika əqrəbi neştərindən müdafiə, caynaqlarından isə ovunu tutmaq üçün istifadə edir. 


Xərçəngkimilər


Yengəclər, omarlar, krevetlər və dəniz ördəkləri də daxil olmaqla xərçəngkimilər çoxu suda yaşayır, baxmayaraq ki, məryəmqurdu quru heyvanıdır. Müxtəlif növlərin xarici görünüşü fərqlidir, məsələn mavi omarlar 1 m-ə qədər böyüyə bildiyi halda, dəniz ördəkləri 15 mm böyüklüyündədir.


Canlı omarlar müxtəlif rənglərdə olsalar da, ən geniş yayılmış qəhvəyi mavidir. Bişirildiyi zaman narıncı qırmızı rəng alırlar.


Dəniz hörümçəkləri


Dəniz hörümçəkləri uzun ayaqlarının olmasına baxmayaraq, əslində hörümçək deyillər. Əksəriyyətinin dörd cüt ayaqlarının olmasına baxmayaraq, bəzilərində onların sayı beş və ya altı cütdür. Onların iki cüt gözləri var.


Dəniz hörümçəkləri dalğaların dərinliklərində yaşayırlar.


Hörümçək hücumu


Hörümçəklərin 40000-ə qədər növü var və onların hamısı zəhərlidir, lakin əksəriyyəti insan üçün təhlükəsizdir, onların zəhəri yalnız ovları üçün öldürücüdür.


Qırmızıayaq tarantula-uzunluğu 10 sm, ayaq genişliyi 18 sm-dir. Ovları həşəratlar, kiçik məməlilər və kərtənkələlərdir. Məskənləri isə Qərbi-Mərkəzi Meksika hesab olunur.


Qırmızıayaq tarantula gecələr ov edir. O, ayaqlarının sonluğu ilə qoxunu, dadı və titrəmələri hiss edə bilir. Dişi tarantula 30 ilə qədər, erkək tarantul isə cəmi 3-6 il yaşayır. 


Dördayaqlı və ya xalça toxuyan (Araneus quadratus) – uzunluğu 8-17 mm, ayaq genişliyi 7 sm-ə qədərdir. Kiçik uçan həşəratlarla qidalanır, məskəni isə Avropa və Asiya qitələridir. Dişi hörümçəklər özlərini gizlətmək üçün rənglərini bir neçə gün müddətində dəyişə bilir.


Əlvan paraşüt hörümçəyi (Poecilotheria metallica) -uzunluğu 6 sm, ayaq genişliyi 18 sm-dir. Ovu həşəratlar,körpə quşlar və kərtənkələlərdir. Məskənləri isə Cənubi Hindistan hesab olunur.


Bu hörümçək, həmçinin, mavi rənginə görə Quti zümrüdü adlandırılır. Dişi hörümçək 12 ilə qədər yaşaya bildiyi halda, erkək 3-4 il müddətində sağ qalır. Bu hörümçəklər nadir növə aid edilir və yaşayış yerini itirdiyinə görə tükənmək təhlükəsindədirlər. 


Zolaqlı ovçu hörümçəyi (Dolemedes olantarius)- uzunluğu dişilərdə 17-22 mm, erkəklərdə isə 13-18 mm-dir. Ayaq genişliyi 9 sm-ə qədər, məskəni isə Avropa qitəsidir. Bu hörümçək ayaqları ilə  su hovuzlarında ovunun hərəkətini hiss edir və daha sonra suda köndələn hərəkət edərək onu tutur. 


Hörümçəkdən qorunun


Bir çox hörümçəklər özləri ov etmir və ovlarının onlara yaxınlaşmasını gözləyir. Qarın boşluğunda yeləşən vəzidən çıxan yapışqan telləri ilə hörümçək tor quraraq, oradan keçən həşəratları tələyə salır. Daha sonra ovu öldürücü sancma ilə məhv edir.


Hörümçəklər, adətən, insanlara hücum etmir, lakin əgər ona toxunsan, özünü müdafiə üçün dişləyə bilirlər. Aralıq dənizi qara dul hörümçəyin insanı öldürə biləcək qədər zəhəri var və adətən dişi hörümçəyin zəhəri daha öldürücü olur.