YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mərcan rifləri

Bəzən “dənizin tropik meşələri” də adlandırılan cəlbedici dəniz ekosistemləri-mərcan rifləri mülayim, şirin və dayaz sularda inkişaf edirlər. Ekoturistlər mərcan riflərinə səyahət edərək burada yaşayan və məskən salan rəngarəng heyvan növlərini görməyi sevirlər. 


Delfin və köpəkbalığı kimi okean yırtıcıları mərcan riflərdə pusquda dayanırlar. Onlar burada yaşayan kiçik canlılarla qidalanırlar.


Mərcanlar əslində daxilində kiçik bitkişəkilli hüceyrələrin yaşadığı bəsit heyvanlardır. 


Böyük Sədd Rifi Avstraliyanın şimal-şərqi boyunca 2300 km məsafədə uzanır. CO2 qazının çox miqdarda atmosferə buraxılması okean suyunu daha da turş edir ki, bu mərcanlara ziyan vura bilər. Mərcan rifləri 500 milyon il əvvəldən etibarən aşkar edilmişdir. 


Lövbərlər tərəfindən üz qabığının soyulması və balıqların öldürülməsi üçün suya partlayıcıların atılması zamanı rif ziyan çəkə bilər. Sahilyanı ərazilərin inkişafı nəticəsində suya atılan zərərli maddələr və yüksək temperatur kimi stress zamanı mərcanlar yosunları daxilindən qovur ki, bu zaman rəngləri ağarır.


Mərcan rifləri müxtəlif formalarda olur. Daha geniş yayılmış növü bir çox tropik sahillərində inkişaf edən sahil rifləridir. Bu Hind və Sakit okeanlardadır. Mərcanlar su üzərində inkişaf edə bilməzlər, ona görə də hamar üst səthi, adətən, üz qabığının tam altında yerləşir. Sədd rifləri, adətən, sahilə paralel şəklində, lakin daha içəridə böyüdüyü halda, atollar dənizin tam ortasında mərcan adaları əmələ gətirirlər.


Atoll vulkanik adaların ətrafında sahil rifi şəklində yaranır. Vulkan zəifləyib batdığı və ya dəniz səviyyəsinin qalxdığı zaman mərcan böyüyür və sədd rifinə çevrilir. Nəhayət, vulkan atoll-mərcan riflərindən yaranan adanı mərkəzi laqun ətrafında buraxaraq yox olur.


“Əzab” adlanan dünyanın ən böyük-ayaqarasının uzunluğu 30-40 sm dəniz ulduzu əsasən, mərcanlarla qidalanır. Bu mərcan rifləri üçün ciddi təhlükədir. Məsələn, Avstraliya sahillərində Böyük Sədd Riflərinə ac dəniz ulduzları tərəfindən ciddi ziyan vurulmuşdur. Bu tikanlı canlılar insanlar üçün də zərərlidir, belə ki tikanları zəhərli olduğundan, üzərinə ayaq basdıqda şiddətli ağrı və xəstəliyə səbəb ola bilər. 


Əsas rifyaradıcı orqanizmlər sərt, möhkəm mərcanlardır. Mərcan polipi adlandırılanın hər bir bağırsaq boşluğundan əhəngdaşı ifraz edir və bu dənizin dibindəki qayalıqlarda rifləri əmələ gətirir. Mərcanların əksəriyyəti koloniyalarla, bəzi növləri isə tək yaşayır.