YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəniz tacirləri

Qədim dünyada ən yaxşı dəniz tacirləri e.ə. XIII əsrdən Aralıq dənizindən ticarətə nəzarət edən finikiyalılar olmuşlar. Onlar dənizin şərq sahilindəki şəhər-dövlətlərdə (müasir Livanın ərazisi) yaşayırdılar.

Finikiyanı növbə ilə assuriyalılar, fasrlar, makedoniyalı İskəndər işğal etmişlər. E.ə. 332-ci ildə İskəndərin işğalından sonra Finikiya mədəniyyəti sönməyə başlamışdır. E.ə. 146-cı ildə Karfagenin süqutu ilə Finikiyanın qüdrətinin sonu başlayır. 


Finikiyalılar ən gözəl gəmilərdə üzən təcrübəli dəniz səyyahları idi. E.ə. 600-cü ildə misirlilər Qərbi Afrikanı tədqiq etmək üçün finikiyalılar muzdla tutmuşdular. Onlar öz mallarını qalaya və gümüşə dəyişmək üçün Britaniyaya da üzürdülər. 


Finikiya ustaları yaraşıqlı parçalar, dulusçuluq məmulatları, fil sümüyündən və metaldan əşyalar hazırlayırdılar. Sidr ağacının odunları da qiymətli mal idi. 


Geniş ticarət üçün şəffaf şüşədən ilk məmulatları finikiyalılar hazırlamağa başlamışlar. Onlar şüşənin üfürülməsi texnologiyasını kəşf etmişlər. Bu vasitə ilə onlar ən gözəl və nadir şüşə əşyaları hazırlayırdılar. 

Finikiyalılar oxumağı və yazmağı bacarırdılar, çünki onlar birincilər sırasında e.ə. XIII əsrdən sözlərin yazılışında piktoqram əvəzinə əlifbadan istifadə etməyə başlamışlar. Onların əlifbasında 22 samit olduğu halda sait yox idi. Bu hərflər müasir Avropa və bir çox şərq dilləri əlifbalarının əsasını təşkil edir. 

E.ə. 814-cü ildə əsası qoyulmuş Karfagen finikiyalıların ən böyük şəhəri olmuşdur. Rəvayətə görə Karfageni Finikiya çariçası Didona yaratmışdır. Şimalı Afrikaya gələn Didona yerli hökmdardan şəhər salmaq üçün torpaq istəmişdir. O, Didonaya öküz dərisi yerləşəcək qədər torpaq götürməyə icazə vermişdir. Ağıllı Didona öküz dərisini nazik şırımlara kəsərək böyük bir sahəni işarələməyə müvəffəq olmuşdur. Burada salınan Karfagen Aralıq dənizi hövzəsində ən mühüm ticarət mərkəzlərindən biri olmuşdur. E.ə. 146-cı ildə şəhər romalılar tərəfindən dağıdılmışdır. 


Onlar belə adlandırılırdı finikiya adı yunanca “rhoinix”-“qırmızı” sözündən yaranmışdır. Finikiyalıları ona görə belə adlandırırdılar ki, onlar iynəli dəniz molyuskunun vəzilərindən bahalı parlaq qırmızı rəng hazırlayırdılar. Bu rənglə boyanmış parça çox bahalı idi. Roma imperiyası dövründə ancaq imperatorlar belə rəngli parçadan paltar geyinirdi. 

Finnikiyalılar çoxlu sayda məbədlər və ziyarətgahlar tikmişlər. Onlar allahların şərəfinə ucaldılırdı. Müharibə allahı Vaal baş allah sayılırdı. Onların kahinləri ağır vaxtlarda uşaqları allahlara qurban verirdilər. 

Finikiyalılar bütün Aralıq dənizi hövzəsinə səpələnərək başqa torpaqlarda müstəmləkələr yaratmışlar: Fransada Massiliya (Marsel), İspaniyada Qades (Kadis), Maltada, Sardiniyada, Korsikada, Siciliyada, Kiprdə şəhərlər, Şimali Afrikada Karfagen (müasir Tunis), Mərakeşdə Tingis (Tanger). Karfagenin sakinləri Afrika xalqları ilə ticarət edir, onlardan bahalı fil sümüyü, heyvan dərisi və ağac alırdılar.