YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kainatın tarazlıq qüvvələri

Kainatda görünməyən 4 qüvvə mövcuddur. Bunlardan ikisi-cazibə və elektromaqnit qüvvələri ilə hər gün rastlaşırıq. Digər ikisi-zəif və güclü nüvə qüvvələri ilə insanların əksəriyyəti tanış deyil, çünki onlar gözə görünmür, çox kiçik atomların tərkibində hərəkət edir və onları bir yerdə saxlayır. 


İkiqat ulduzlar


Bizim Günəş Kainatda təkdir. Ancaq bir çox ulduzlar cütdürlər, yaxud iri sistemlər təşkil edirlər. Belə ulduzlara ikiqat və yaxud cüt ulduzlar deyilir.


Kainatın ən böyük obyekti


Kainatın ən böyük obyekti Böyük Divar hesab olunur. Külli miqdarda qalaktikaların cəmləşdiyi bu strukturun uzunluğu 500 mln. işıq ili, qalınlığı 16 mln. işıq ilidir.


Süd yolu


Əgər biz “Süd yolu”na onun yuxarısından baxa bilsəydik görərdik ki, bu nəhəng spiralvari qalaktikadır. Kəhkəşanın eni 100000 mlrd. ulduzu birləşdirir.


Süd yolu kimi qalaktikalar spiralvari qalaktikalardır. Onlar fırlanan odlu təkərə oxşayır. 


Elliptik qalaktikalar ən qədim qalaktikalardır. Onlar reqbi üçün topa bənzəyir. 


Spiralvari qalaktikanı mərkəzdən arakəsmə ilə budaq ayırır, ona görə də fırlanan bağ çiləyicisinə oxşayır.


Düzgün olmayan qalaktikaların müəyyən bir forması yoxdur.


Qalaktika


Günəş-diametrik 100000 işıq ili olan gözlü qayğanaq formasında toplanmış 2 mld. ulduzlar toplusundan biridir. Bu toplantı qalaktika adlanır. Biz bunu “Süd yolu” adlanan (qalaktika-yunanca “süd” deməkdir, bunu “Kahkəşan” da adlandırırlar) ulduzlar zolağında müşahidə edirirk. XX əsrin əvvəllərində alimlər müəyyən etmişlər ki, bizim qalaktika Kainata səpələnmiş milyonlarla ulduzlar toplusundan biridir. Nəhəng teleskoplarla müəyyən olunmuşdur ki, Kainatda 1 milyon qalaktika var. Əslində onların sayı daha çoxdur. 


İlk qalaktika 


İlk qalaktikalar Böyük partlayış zamanı qatılaşmış karbon və helium hissəciklərinin soyumasından əmələ gəlmişdir. Bu zaman laxtalanmış maddələr daha kiçik hissələrə parçalanmış, yaxud da bərk hissəciklər birləşmişlər. 


Planetimizin Kainatda yeri
Ulduzlar qalaktikalarda nadir hallarda təkbaşına olur. Onlar çox hallarda toplum şəklində olur. Yer-qalaktikalarından birinin spiralvari budağının təxminən ortasında qərar tutub. Planetimiz mənsub olduğu qalaktikanın mərkəzindən 30000 işıq ili məsafəsindədir.