YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İlk mədəniyyətlər

İlk böyük Şumer mədəniyyəti 5000 il əvvəl yaranmışdır. Mesopotamiyada (indiki İraqın ərazisi) Dəclə və Fərat çaylarının arasında meydana gəlmiş Şumer mədəniyyəti 3000 il yaşamışdır. Bu dövrdə başqa mədəniyyətlər də yaranmışdır. Eramızdan 4 min il əvvəl Nil çayının vadisində qədim Misir mədəniyyəti, 2500 il əvvəl İnd çayı vadisində (Pakistanın ərazisi) İnd mədəniyyəti.


İnd vadisinin şəhərləri 


XX əsrin 20-ci illərində İnd çayının vadisində qədim Mohenco-Daro və Xarappa çəhərləri aşkar edilmişdir və Xarappa şəhərləri aşkar edilmişdir. Onlar eramızdan 2000 il əvvəl salınmışdır. Bir çox müasir şəhərlərdə olduğu kimi, onların küçələri düz və paralel olmuşdur. 


Mohenco-Daroda taxıl anbarı


İnd vadisinin əkinçiləri buğda, arpa, yemiş, xurma palması, pambıq əkib-becərirdilər. Hər şəhərdə taxılı saxlamaq üçün yaxşı havalanma ilə böyük taxıl anbarı olurdu. Bu, gələn məhsula qədər taxılı saxlamağa imkan verirdi. 


İlk yazı nümunəsi


İlk yazı nümunəsi qədim şumerlərə aiddir. Onlar 5000 il bundan əvvəl yazını kəşf etmişlər. Əvvəlcə bu yazılar şəkillər olmuş, sonra çiv forması almışdır. Ona görə də indi buna çiv yazıları deyilir.


Təkərin icad olunması


Təkərin nə vaxt icad olunduğunu dəqiq heç kim bilmir. Mesopotamiyada 6000 il əvvəl dulusçu halqalarından  istifadə olunurdu. E.ə. 3200-cü ildə artıq şumerlər sadə təkərli arabacıqları işlədirdilər. Sonralar şumerlər eşşək qoşulmuş hərbi arabalardan istifadə edirdilər.


Çay vadilərində evlər


Qədim xalqlar çay vadilərində evləri ələ düşən materialdan tikirdilər. Şumerlərdə təbii tikinti daşı çox az olduğundan binaları qamışdan, sonralar isə günəş altından qurudulmuş çiy kərpicdən inşa edirdilər. İnd vadisindəki adalar çiy kərpicdən tikilmiş evlərdə yaşayırdılar. Hər binada bir neçə otaq, daxili həyət, kanalizasiya və su quyusu olurdu. İnd vadisi mədəniyyəti 800 il davam etmiş və e.ə. 1700-cü ildə məhv olmuşdur.


Şumerlərin məbədləri


Hər bir şumer şəhər-dövlətinin mərkəzində məbəd tikilirdi. E.ə. 2000-ci ildən məbədləri böyük qüllə-zikkurat formasında inşa edirdilər. Həm də baş kahin sayılan çar dini ayinləri və qurbankəsilmə mərasimlərini məbəd qülləsininin üstündə icra edirdi.


Şumerlərin pulu


Şumerlərin nəhəng bazarları var idi. Alış-veriş müqaviləsini təsdiq etmək üçün hər tacirin öz silindrik möhürü olurdu. Satış palçıq cədvəllərə yazılırdı. Təxminən e.ə. 3300-cü ildən şumerlər alver zamanı palçıq jetonlardan istifadə edirdilər. Müxtəlif növ məhsulların alveri üçün müxtəlif formalı jetonlar işlədilirdi.


İdarəçilik


Şumerlərin hər bir şəhər-dövlətinin başında çar dururdu. Bəzən o, başqa şəhərləri də özünə tabe edirdi, ancaq şumer çarlarının heç biri bütövlükdə Şumeri idarə etməmişdir. Çar ailəsi çox varlı olurdu və bahalı paltarlar geyinirdi. Şumer şahzadə xanımı uzun don geyinir, qızıl və gümüş əşyaları ilə bəzənirdi.


Oyunlar


Varlı şumerlər heç də həmişə işləmir, musiqiyə qulaq asmaqla və müxtəlif oyunlarla əylənərək istirahət edirdilər. Urda tapılmış oyun taxtası e.ə. 3000-2000-ci illərə aiddir. Çar qəbrində aşkar olunmuş bu taxtada icra edilən oyunun adı və qaydaları bizə gəlib çatmamışdır.