YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Piramidalar

Misirin Qədim və Orta dövr (3500-5000 il əvvəl) fironları piramidaların altında dəfn olunmuşlar. Yeni Çarlıq dövründə (3000-3500 il əvvəl) fironlar Nil çayının sahilində Fivdən bir az aralı Çarlar Vadisində sərdabələrdə dəfn olunmuşlar. 


Piramidaların tikintisi


Piramidanı tikmək üçün 4000 sənətkar, minlərlər fəhlə lazım gəlirdi. Tikintidə əsasən vergi əvəzi kəndlilər işləyirdi. Onlar tikinti sahəsini təmizləyir, özül qoyur, daşları meydançaya daşıyırdılar. Nəhəng əhəng daşlarını yonmaq üçün bənnalar müxtəlif alətlərdən istifadə edirdilər. 


Köçürülmüş məbədlər


E.ə. XIII əsrdə II Ramzesin vaxtında Nilin sahilində Əbu-Simbeledə əzəmətli heykəllərlə iki qaya məbədi tikilmişdir. 1967- ci ildə Asuan bəndinin tikintisi zamanı su basmasın deyə bu məbədləri hissə-hissə daha yüksək yerlərə köçürmüşlər.


Daşlar belə gətirildi


Piramidaların daxili hissələri yerli yumşaq daşlardan tikilirdi. Çöl tərəfdən vurulan üzlük daşları 800 km-ə qədər məsafələrdə olan əhəngli daş karxanalarından gətirilirdi. Hər birinin ağırlığı 50 tona qədər olan nəhəng daş bloklar bərələrə yüklənib çayda suyun qalxdığı mövsümdə tikinti yerinə göndərilirdi.


Piramidaların tikintisi dayandırıldı


O dövrdə cəmi 90 piramida, axırıncı e.ə. 1570-ci ildə tikilmişdir. Ancaq talançılar bu piramidalara asan yol tapa bilirdilər. Yeni çarlığın fironlarını (e.ə. 1550-1050) Nilin yaxınlığında bağlı vadidə qayalarda yonulmuş sərdabələrdə dəfn edirdilər. Bura Çarlar vadisi kimi dünyada məşhurdur. Bu sərdabələrin də çoxu dünyada dağıdılmışdır. Ancaq arxeoloqlar Hovard Karter və lord Karnarvon Tutanxamonun toxunulmamış sərdabəsini burada aşkar etmişlər. 


Piramidalarda məbədlər


Misirlilərin həyatında din mühüm rol oynamışdır. Məbədlər Yerdə allahların yaşayış yeri olmuşdur. Fironları sərdabələrə qoymazdan əvvəl və sonra kahinlər xüsusi mərasim icra edirdilər. Ona görə də məbədləri birbaşa piramidalarda tikirdilər. 


Ən böyük piramida


Ən böyük piramidanı Gizedə e.ə. 2575-ci ildə firon Xeopsa ucaltmışlar. Bu piramidanın hündürlüyü 146,6 metrdir və 2 milyondan çox daş blokdan tikilmişdir. Firon mərkəzi kamerada dəfn olunmuşdur. 


Piramidaların yeri


Bütün piramidalar Nil çayının qərb sahilində tikilmişdir. Misirlilər elə hesab edirdilər ki, buralar ölülər torpağıdır, çünki günəş orada batır. Onlar öz evlərini çayın şərq sahilində günəşin doğulduğu həyat torpaqlarında tikirdilər.