YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Pəri

Pəri sehrli nağıllarda, “Kitabi-Dədə Qorqud” kimi abidələrdə rast gəldiyimiz pəri haqqında kim eşitməyib?


Pərilər türk inamına görə əfsanəvi Qaf dağında yaşayan, qocalmayan, ölməyən göyərçin donlu qızlardır. Deməli, pəri adi insandan fərqli olaraq ölümlü deyil. Göyərçin donu geyib uça bilir, bu donları soyunduqda gözəl qızlara çevrilirlər. Əsasən, su kənarlarına, bulaq başına gələn pərilər, inama görə, su ilə bağlıdırlar.


Pərilər bu mənada həm gözəllik, həm də saflıq, təmizlik rəmzi olan su ilə əlaqədardılar, toxunulmaz  və müqəddəsdilər. Onlarla kobud rəftar fəlakətlə nəticələnir. Bunu “Kitabi-Dədə Qorqud”dan da görürük.


Nağıl və əfsanələrdə insan pəri qızlarla evlənir. Ancaq ölümlü insanla ölümsüz pərilərin məhəbbəti çox vaxt nakam sevda ilə başa çatır.


Pərilər öz məmləkətində yaşayır, yalnız çimmək və seyr üçün insan yaşayan yerlərə gəlir, məhz buralarda insan oğullarına aşiq olurlar, bəzən də onlarla ailə qururlar. Pərilərin qonşuları, nağıl və dastanlarımızdan göründüyü kimi, çox vaxt divlərdən ibarət olur.


Dastanlarda, sehirli nağıllarda pərilər sehrdən, cadudan istfadə etməyi bacarır.


Çox vaxt sehr kitabları da onların əlində olur. Şamançı inamlara görə, ruhi aləmlə əlaqə yaratmaq üçün pərilər şamanların köməkçiləri olurlar. Şamanlara görə kişi pərilər də var və onlar adi qızlarla evlənməyə can atırlar.