Demokratik Ərəb Respublikası
Sahəsi: 266,0 min km2
Əhalisi: 486,5 min nəfər (2010)
Əhalinin sıxlığı: 2 nəfər/km2
Paytaxtı: Əl-Əyyun (180 min nəfər)
Əsas dillər: ərəb, bərbər
Dini etiqad: islam (sünni təriqəti)
Qərbi Böyük Səhra 1975-ci ilə qədər İspaniyanın müstəmləkəsi olmuş, sonra Mərakeş və Mavritaniyanın idarəçiliyinə verilmişdir. Hazır da Mərakeş ölkəni tam işğal etmişdir. Qərbi Böyük Səhranı 70 ölkə tanımışdır, lakin hələ də müstəqillik uğrunda mübarizə davam edir. Ərazi Afrikanın şimal-qərbində yerləşir. Tropik səhra iqlimi şəraitində sutkalıq tempera tur gecə 0°C-dən günortadan sonra 65°C-yə qədər dəyişir. Əhali arasında ərəb-bərbər mənşəli yarımköçəri tayfalar üstünlük təşkil edir. Burada zəngin fosforit yataqları vardır.
1300 km-lik sahil zonası balıqla zəngindir. Son geoloji axtarışlar neft və qaz yataqları olduğunu müəyyən etmişdir. Əhali əsasən köçəri heyvandarlıqla məşğul olur, dəvə və keçi saxlayır, sahil boyu suvarılan torpaqlarda arpa, buğda, darı, tərəvəz, xurma, zeytun, əncir becərilir. Xarici şirkətlər fosforit hasil edir.
20.06.2022