YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Melaneziya Papua - Yeni Qvineya Müstəqil dövləti

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 462 840 km2 


Əhalisi: 6,8 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 14,7 nəfər/km2 


Paytaxtı: Port-Morsbi (325 min nəfər) 


Rəsmi dillər: ingilis, tok-pisin 


Dini etiqad: yerli dinlər (10%), katolisizm (30%), protestantlıq (60%) 


Pul vahidi: kina 


Dövlət quruluşu: Böyük Britaniya Şahzadəsinin başçı olduğu dövlət. Birlik üzvü

 

Zəngin təbii ehtiyatlara malik olan Papua - Yeni Qvineya Sakit okeanın böyük və 300-dən çox kiçik adalarında yerləşmişdir. Ölkənin əhalisi 700-dən çox dildə danışır.

 

Papua - Yeni Qvineya Müstəqil Dövləti Qvineya adasının şərq hissəsini (Qərbi İndoneziyaya aiddir), Bismark arxipelağını, Solomon adalarının şimal hissələrini və bir sıra kiçik adaları (300-dən çox) əhatə edir. Dağlıq relyefə malik olan bu adalar vulkan mənşəli olsalar da, onların arasında mərcan adalarına da rast gəlinir. Yeni Qvineya adalarının sahili ovalıq və düzənliklərdir, mərkəzə doğru dağlarla əvəz olunur. Burada olan Vilhelm dağı (4509 m) Okeaniyada ən hündür zirvədir. Landşaftın rəngarəngliyi ölkədə müxtəlif bitki və heyvan növlərinin olmasına şərait yaradır.

 

Planetimizdə olan bütün canlı növlərinin 5%-i adada vardır. Ölkə ornitofaunanın zənginliyinə görə dünyada fərqlənir. Dekabr-mart ayları burada çox yağıntılı olur. Dağlıq ərazilərdə hər vadidə iqlim müxtəlifliyi özünü göstərir. İl boyu temperatur 25°C-dən 28°C-yə qədər olur, düzənliklərdə 1000-4000 mm, dağlarda 6500 mm yağıntı düşür.

 

Papua - Yeni Qvineyanın ərazisinin 80%- ni tropik meşələr tutur, lakin onların sahəsi intensiv olaraq azalır. Meşə sahələrinin 1/3 hissəsi meşə sənayesi müəssisələrinə verilmişdir. Meşə sənayesi təsərrüfatın əsas sahələrindən biridir. Lakin ölkədə əsas rolu hasilat sənayesi oynayır. Burada mineral xammal ehtiyatları - qızıl, gümüş, mis, nikel, kobalt, həmçinin neft və təbii qaz hasil olunur. İnfrastrukturun zəif inkişafı onlardan tam isti-fadə edilməsinə imkan vermir.

 

Əhalinin 70%-i daxili istehlaka xidmət edən əkinçiliklə məşğul olur. Əkin üçün yararlı torpaqlar ölkə ərazisinin cəmi 2%-ni təşkil edir. Qəhvə, şəkər qamışı, kokos palması, çay, batat və bəzi digər ixrac məhsulları becərilir. Paytaxt Port-Morsbidə balıq məhsulları, kopra (hind qozu ləpəsi), palma yağı, ağac emalı məhsulları istehsal olunur. Ölkənin coğrafi xüsusiyyətləri ilə əlaqədar müxtəlif tayfalar ayrılmış, bir-birindən fərlənən xalqlar yaranmışdır.

 

Nəticədə Papua - Yeni Qvineyada müxtəlif adət-ənənələrə, mədəniyyətə və dilə malik əhali formalaşmışdır. Sahilboyu ərazilərin sakinləri xarici mühitlə əlaqə saxlamayan, yüksək dağlıq ərazilərdə yaşayan, tayfalardan fərqlənir. Papua - Yeni Qvineyada əhalinin əksəriyyəti xristiandır, lakin yerli dinlərə, ilahi qüvvələrə inam insanların düşüncəsinə böyük təsir göstərir.