YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Moldova Respublikası

 

 

 

 

 

 

 

 

Sahəsi: 33 873 km2 


Əhalisi: 4100 min nəfər (2010) 


Əhalinin sıxlığı: 121,1 nəfər/km2 


Paytaxtı: Kişinyov (755 min nəfər) 


Əsas dillər: moldovan, rus, ukrayna, qaqauz


Dini etiqad: pravoslavlıq, katolisizm 


Pul vahidi: Moldova leyi 


Dövlət quruluşu: respublika


Moldovanın ərazisinin əsas hissəsini təpəli düzənliklər tutur, onların dəniz səviyyəsindən orta yüksəkliyi 140 m-dən hündür deyil, ölkənin qərbində Reut və Prut çayları arasında hündürlüyü 430 m-dək olan, meşələrlə örtülmüş Kodru yüksəkliyi yerləşir. Mülayim-kontinental iqlim şəraitində yanvarın orta temperaturu -4°C, iyul 21°C-dir. Yağıntıların orta illik miqdarı 350 mm-dən 600 mm-ə qədərdir.

 

Moldova ərazisinin 35%-i enliyarpaq ağaclardan ibarət meşələrlə örtülür, ölkənin ən uzun çayı olan Dnestr onun şərqindən axaraq Ukraynada Qara dənizə tökülür. Moldova ərazisinin 70%-i məhsuldar qara torpaqlarla örtülür. Taxıl, tütün, meyvə, qarğıdalı, tərəvəz, şəkər çuğunduru və günəbaxan, cənubda üzüm yetişdirilir. 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra şərabçılıq güclü inkişaf etmişdir. Kənd təsərrüfatı Moldovanın ixracının əksər hissəsini təmin edən mühüm təsərrüfat sahəsidir.

 

Ölkənin əmək qabiliyyətli əhalisinin 41%-i bu sahədə çalışır. Moldova əhalisinin yarısından çoxu kənd yerlərində yaşayır. Sənaye məhsulunun 42%-ni yeyinti sənayesi verir, meyvə-tərəvəz konservi, şərab, şəkər, yağ istehsal olunur. Moldova Mineral-xammal ehtiyatı az, mühüm nəqliyyat magistrallarından uzaqda yerləşir.

 

Ölkə əhalisinin 2/3 hissəsini moldovanlar təşkil edir. Əhalinin 25%-ni ukraynalılar və çox hissəsi Dnestr çayından şərqdə yaşayan ruslar təşkil edir. 1990-cı ildə bu ərazidə rəsmi orqanlar tərəfindən tanınmayan, qondarma Dnestryanı Respublika yaradılmışdır. Moldovada sayı 153 min nəfərə qədər olan pravoslav qaqauzlar yaşayır. Onlar bir neçə əsr əvvəl bura gəlmiş türkdilli köçərilərin nəsilləridir. 1994-cü ildə qaqauzların kompakt yaşadıqları ərazilərdə Qaqauz Muxtar Ərazi Qurumu yaradılmışdır (Mərkəzi Komrat).