YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İqlim

Müəyyən bir ərazinin iqlimi hava və temperaturun çoxillik rejimidir. İqlimə təsir edən amillər ərazinin ekvatordan yerləşdiyi məsafə, dəniz səviyyəsindən hündürlük, səth örtüyünün vəziyyətidir.


Fəsillər
Fəsillər Şimal və Cənub yarımkürəsində baş verən illik iqlim dəyişikliyidir.


Dörd fəsil var-yaz, yay, payız, qış. Bu, gecə və gündüzün qeyri-bərabər olması və Yerin günəş ətrafında hərəkətindən asılı olaraq işıqlandırmadan asılıdır. Bir çox tropik və subtropik ərazilərdə iki fəsil var-quru və rütubətli.

 

Mülayim hava ekvatordan qalxaraq troposferin yuxarı hissəsinə toxunur və daha artıq hərəkət edə bilmir. Quru hava səhralar üzərinə enir. Çox soyuq hava kütlələri qütblərdə enir və ətrafa doğru yayılaraq Şərq küləkləri adlanan küləklər yaradır. Dövr edən hava kütlələri “hüceyrələr” adlanır.


Passat küləklərinin sakitləşdiyi yer okeanın ekvatora yaxın əraziləridir. Yelkənli gəmilər, adətən, burada sahilə oturur.


Fəsillər Yerin xəyali oxunun Günəş ətrafında dövr etməsi nəticəsində baş verir. Bunun təsiri ekvatorda çox az olur və burada yalnız bir fəsil var. Yerin xəyali oxunun şimal ucu Günəşə tərəf çevrildikdə şimal yarımkürəsində yay başlayır.


Yerin xəyali oxunun cənub ucu Günəşə tərəf çevrildikdə cənub yarımkürəsində yay başlayır.


Hava maşını
Günəş şüaları Yer kürəsi üzərinə düşərək atmosferi isidir. Mülayim hava qalxır və soyuq hava onu əvəz edərək küləklərin yaranmasına səbəb olur. Mülayim hava tropiklərdən qalxır. Soyuq hava Şimal və Cənub yarımkürələrindən hərəkət edir. Yer öz oxu ətrafında hərəkət etdiyindən, küləklər əyilərək dairəvi hava axını əmələ gətirir.


Arktik və Antarktik qütb dairələri üçün buzlu hava şəraiti xarakterikdir. Bu zona ekvatordan şimalda və cənubda yerləşir., adətən, isti və rütubətli olur.