YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İncəsənətin yaranma tarixi

İlk incəsənət əsəri 30000 il bundan əvvəl yaranıb. Onlar “şüurlu insan” (Homo sapiens) tərəfindən yaradılıb-bu, günlərimizə qədər mövcud olan, müasir insanların aid olduğu növdür. Bu, vəhşi öküzlərin, maralların və başqa heyvanların real rəsmləri idi. Onlar qayalarda və mağaraların daş divarlarında aşkar edilib. 


Qaya rəsmləri Afrikada, Amerikada, Avropada və Asiyada var. Bu cür rəsmlərin tapıldığı mağaralardan İspaniyada-Altimarı, Argentinada-Rio Ponturası, Fransada-Peş Merli, Botsvanad-Tsolinonu, Əlcəzairdə-Tassil N 'Aceri göstərmək olar.


Bu rəsmlərin nə üçün olduğu haqda müxtəlif fikirlər var. Bəzi tədqiqatçılar bunların ovsun mənasında olduğu və ovçuların uğurlu ov alınması üçün keçirdikləri mərasimlərdə istifadə etmələri üçün olmasını hesab edir. Başqaları isə hesab edir ki, bunlar bəzək üçün edilib və heç bir ovsunçuluq qiyməti olmayıb.