YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Keramika

Keramika gildən qablar və başqa əşyaların hazırlanması sənətidir. Əvvəllər keramikadan olan əşyaları əl ilə düzəldir və kömürün üstündə balaca sobalarda bişirirdilər. Sonralar alov yanan daha güclü sobalar quraşdırmağa başladılar, həmçinin dulusçu dəzgahı ixtira etdilər. Gildən təkcə qablar deyil, həm də evləri tikmək üçün kərpic və kirəmit hazırlayırdılar.


Keramikanı ilk dəfə hazırlamağı 8000 il əvvəl Yaxın Şərqdə öyrəniblər; 6000 il əvvəl Çində və 5000 il əvvəl Mesopotamiyada başlayıblar.


Keramikanın meydana gəlməsi əkinçiliyin inkişaf etməsi və əkinçilərin həyat tərzi ilə əlaqədardır. Gil qablardan, əsasən, taxıl və suyu saxlamaq üçün istifadə edirdilər. Yəqin ki, köçəri tayfalarda keramikadan olan qablar meydana gələ bilməzdi, çünki onları saxlamaq üçün heç bir ehtiyat toplamırdılar və daima bir yerdən başqa yerə daşınırdılar, ona görə də kövrək və ağır gil qablar onlar üçün artıq yük idi.