YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Osmos

Bitkilər özlərinin kök sistemi vasitəsiylə suyu necə içir? Bu haqda heç düşünmüsünüzmü? Yaxşı, bəs həzm olunmuş qida bağırsaqlardan qana necə keçir? Axı nə bitki köklərində, nə də heyvanların bağırsağında deşik filan tapılmayıb.

 

Gəlin əvvəlcə onu deyək ki, bu prosesin adı "osmos" dur. Bir qabda iki qaz olanda, onlar tez bir zamanda qarışır. Mayelər də elədir. Məsələn, bir damcı mürəkkəb bir litr suya bəlli bir rəng çaları verir.

 

Osmos prosesi zamanı birləşmə membranlar vasitəsiylə baş verir. Onlar da bitki köklərinin, yaxud bağırsaqların nazik divarları kimidir. Bu membranlar birləşmə prosesini ləngidir, amma dayandırmır. Osmos zamanı canlı orqanizmlərin membranları bəzi maddələri buraxır, digərlərinin qabağını alır. Bu, qismən maddələrin öz quruluşundan asılıdır. Alimlər belə hesab edir ki, osmos zamanı həll olmuş hissəciklər membranın molekulları arasından keçir.

 

Membranla təmasda məhlulun hissəcikləri ona təzyiq göstərib, necə deyərlər, "osmotik təzyiq" yaradır. Həll olmuş hissəciklərdən ibarət məhlulun daha çox olduğu tərəfdə osmotik təzyiq də çox olur, ona görə də hərəkət təzyiqin yüksək hissəsindən daha aşağı tərəfə istiqamətlənir.

 

Lakin bu hərəkət hər iki istiqamətdədir, çünki membranlar maddəni hər iki səmtə buraxır. Bizim orqanizmimizdə, məsələn, qan damarlarının membranlarında maddələr daim iki səmtdə hərəkət edir. Beləliklə, həzm olunmuş qida qana keçir, karbon iki oksid isə qan vasitəsi ilə ciyərlərə çatıb, oradan xaric olur.