YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kalori

Bu gün az qala bütün dünya özünün "kalorisini izləmək"lə məşğuldur. Hətta elə restoranlar da var ki, birbaşa menyuda hər xörəyin kalorisi çap olunur. Kalorinin nə olduğunu, onun orqanizmdə oynadığı rolu başa düşmək üçün əvvəlcə yeməkdən danışmalıyıq.

 


Bu gün elm hüceyrənin qidanı enerjiyə necə çevirməsini hələ də dəqiq izah edə bilmir. Biz sadəcə olaraq, bunu bir fakt kimi qəbul etmişik. Biz həm də izah edə bilmirik ki, bədən hüceyrələrinin normal fəaliyyəti üçün niyə bütün yeməklərə deyil, yalnız bəzi qidalara ehtiyac duyulur. Biz bilirik ki, orqanizmə düşən qida oksigenlə birləşir. Demək olar ki, qida da yanacaq kimi "yanır". Yanacağın gördüyü işi biz bu gün kalori ilə ölçürük.

 


"Qram-kalori", yaxud kiçik kalori suyun bir qramının temperaturunu Selsi şkalası ilə bir dərəcə qaldırmaq üçün lazım olan istiliyə deyilir. Böyük kalori isə 1000 kiçik kaloriyə bərabərdir.

 


Qidanın hər qramı "yanarkən" müəyyən miqdarda kalori əmələ gətirir. Məsələn, bir qram zülal dörd kalori verir, bir qram piy doqquz. Orqanizm nə qədər ki, yaşamanı təmin edə bilir, onun üçün enerjinin alınmasında hansı yanacaqdan istifadə olunmasının elə bir fərqi yoxdur. Məsələn, təxminən 68 kiloqram çəkisi olan insanın tam sakit, hərəkətsiz vəziyyətdə gündə cəmi 1680 kaloriya ehtiyacı olur. Əgər o dəftərxana işi kimi sakit bir iş görürsə, bu rəqəm gündə 3360 kaloriyə yüksəlir. Əgər insan ağır fiziki əməklə məşğuldursa, gündə ona artıq 6720 kalori lazım olur ki, orqanizm normal fəaliyyət göstərə bilsin.

 


Uşaqların kaloriyə böyüklərdən daha çox ehtiyacı olur, çünki yaşlı adamlar toplanan yanacağı elə asan yandıra bilmirlər. Maraqlıdır ki, biz qışda yaya nisbətən daha çox kalori işlədirik. İnsan üçün adi yanacaq karbohidrat, nişasta və şəkərdir. Soruşa bilərsiniz ki, biz mənimsəyə bildiyimizdən artıq yanacaq qəbul etsək necə olar? Bu halda orqanizm yanacağın özünə lazım olan hissəsini işlədəcək və bir hissəsini də sonradan istifadə etmək üçün yığacaq. Bizim orqanizmimiz nəhayətsiz ehtiyat yarada bilmir. Onun ehtiyat üçün yığa bildiyi, öz gündəlik normasının yalnız üçdən biri həcmində ola bilər. Yanacağın qalan hissəsi isə piyə çevrilir! Bax elə ona görə də biz çox vaxt pəhriz saxlamalı oluruq.