YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Daltonizm

Üç əsas rəngdən qalan bütün rəngləri almaq olur; qırmızı, yaşıl, bənövşəyi, yaxud sarı, mavi və qırmızıdan. Belə ki, bitki aləminin al-əlvanlığı cəmi üç rəngdə (qırmızı, mavi və sarı) olan hissəciklərin müxtəlif kombinasiyalarından yaranır. 

 

Gözümüzün qırmızı, yaşıl və bənövşəyi işığa həssas olan torlu qişasına görə, təbiətin bütün rənglərini qavraya bilirik. Bəs insan rəngləri, ümumiyyətlə, seçə bilməyəndə, ya da onları çoxları kimi yox, tamam fərqli görəndə nə olur?

 

Bu hadisəyə daltonizm deyirlər. Gözün torlu qişasına düşən müəyyən işıq şüaları onda normal göz üçün xarakterik olan reaksiya doğurmur. Deyək ki, qırmızı işıq şüası yalnız bu şüalara deyil, həm də yaşıl şüalara reaksiya verirsə, nə olur?

 

Yaşıl işıq da eyni təsiri göstərir- torlu qişanın həm "qırmızı", həm də "yaşıl" hissəsini qıcıqlandırır. Bu baş verəndə, insan nə görür? O, qırmızı və yaşıl rəngləri seçə bilmir, bunun əvəzinə sarı-boz rəng görür. Axı qırmızı və yaşıl rənglər bir-birinə qarışanda, məhz bu rənglər alınır.

 

Lakin belə adamlar mavi, sarı və bənövşəyi rəngləri seçə bilir. Qırmızını yaşıldan isə yalnız sarının çalarlarına görə müəyyənləşdirir.

 

Rəng qavrayışında xırda, əhəmiyyətsiz pozuntuları olan adamlar da var ki, bundan heç özlərinin də xəbəri olmur.

 

Daltonik adam kiçik yaşlarında qırmızını yaşıldan seçməyi öyrənə bilər, baxmayaraq ki, bu rənglərin hər ikisini o da sarı-boz görür. O, bunu normal insanlar kimi rəngə əsasən deyil, onun çaları və parlaqlığına əsasən edir.