YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mələkotu

Cinsin dünya florasının tərkibində 7-ə qədər növü yayılmışdır. Keçmiş SSRİ-də 5 növü, Qafqazda, o cümlədən Azərbaycanda 1 növü yayılmışdır. Mələkotu meşəliklərdə, meşə açıqlıqlarında, yaşıl çəmənliklərdə yayılmışdır.


Ayaqmeyvə mələkotu — Aegopodium podagraria üfüqi istiqamətli, saçaqlı, uzunsov, kökümsovu olan çoxillik ot bitkisidir. Üçər bölünmüş yarpaqlarının kənarları dişvaridir. Çoxsaylı ağ rəngli çiçəkləri mürəkkəb çətirdə toplanmışdır. Gövdəsi boru formalı, hündürlüyü 60-100 sm olub, şırımlarla əhatə olunmuşdur.


Mələkotuna meşəliklərdə, meşə açıqlarında, yaşıl çəmənliklərdə, bağ və bağçalarda eləcə də yaşayış binalarının ətraflarında rast gəlmək olar. Mələkotunun yaşıl hissəsi bioloji-fəal maddələrlə zəngin olduğundan ən qiymətli yabanı yeməli ot bitkilərindən sayıla bilər.
Yaşıl yarpaqlarının tərkibində 65-70 mq%-ə qədər C vitamini saxlayır. 100 q yaşıl otun tərkibində 16,6 mq dəmir, 1,99 mq mis. 2.13 mq manqan, 1,68 mq titan, 3,9 mq bor və s.tapılmışdır. Mələkotu qiymətli dərman bitkisi sayılır. Belə ki, bunun yaşıl hissəsindən alınan cövhərlərdən yel xəstəliklərində, mədə-bağırsaq nasazlıqlarında və s. istifadə edilir. Təzə tər yarpaqları xoş ətirli olduğundan ondan təzə halda və yaxud qurudub toz halına salınmışından ədviyyat kimi xörəklərin tərkibinə əlavə edilir. Bu zaman xörəklərdən gələn iştahgətirici və xoş bihuşedici iy adamı valeh edir. Saplaq hissəsini 7-8 sm uzunluqda doğrayıb şorabasını hazırlayırlar. Təzə yarpaqlarını yuyub ət maşınından keçirib, duzlayaraq qış dövründə istifadə etmək üçün saxlayırlar.


Mələkotunun tədarükü o qədər də çətin deyildir. Belə ki, onun meşəliklərdə, meşə açıqlıqlarında, geniş sahələrdə rast gəlmək olur.


Buna görə də bunu çox vaxt oraq vastəsilə biçib qurudur, narın toz halına salıb, tünd şüşə qablara doldurub, yeri gəldikcə vitamin mənbəyi kimi xörəklərin tərkibinə qatırlar. Mələkotu ədviyyəsi ovçular və balıqçıların çöl şəraitində ləzzətli xörək hazırlaması üçün onların  köməyinə çata bilər.


Mələkotunun qiymətli qida və ədviyyat xüsusiyyətlərini nəzərə alıb həyətyanı sahələrdə əkilib becərilmə qayğısına qalsanız, bütün il boyu siz öz orqanizminizi vitaminlə təmin etmiş olarsınız.