YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Keçiyemliyi (Keçisaqqalı)

Bitkinin elmi adı İtaliya sözü olub «scorra» - «qabıq» və negra «qara» mənasından götürülmüşdür. Bu da kök qabığının xarici hissəsinin qara rəngli olmasını bildirir. Bəzi mənbələrdə isə bitkinin elmi mənası ispan mənşəli olub «escuezo» — «zəhərli ilan» deməkdir. Bu ad da bitkinin kökündən hazırlanan məlhəmlə ilan sancmalarının müalicə olunması ilə əlaqədardır.

 

Dünya florasının tərkibində 170-ə qədər növü yayılmışdır. Bunlardan Qafqazda 35, o cümlədən Azərbaycanda 19 növünə rast gəlmək olar. Keçiyemliyi cinsinə daxil olan növlər ən çox Mərkəzi Avropa və Orta Aralıq dənizi ölkələri ətrafında yayılmışlar. Ən çox quru iqlim zonalarında rast gəlinir.

 

Qida bitkisi kimi keçiyemliyi bir sıra ölkələrin xalqlarına çox qədim zamanlardan məlumdur.

 

Avropanın əksər ölkələrində keçiyemliyi qida məqsədləri üçün birillik və yaxud ikiillik ot bitkisi kimi əkilib becərilir. Bitki birinci ildə kök və kökətrafı lansetvarı və yaxud yumurtavari formaya malik rozet yarpaqlar əmələ gətirir. İkinci ili isə çiçək və toxum verir. Kökü saçaqlı, silindrvari formada olub, 30-35 sm uzunluğa malik qara və yaxud tünd qəhvəyi rəngli, yuxarı hissədən kələ-kötür, ağımtıl yumşaq ətlidir. Kökətrafı budaqlanması zəifdir. Hündürlüyü 100 sm-ə qədərdir. Gövdə yarpaqları xırda lanset və yaxud iynə formasındadır.


Keçisaqqalı Qərbi Avropanın bir sıra ölkələrində — Hollandiya, Almaniya, Fransa, İtaliya və b. ölkələrin ərazilərində geniş yayılmışdır. Keçisaqqalına yabanı halda Krım, Ukrayna, Qafqaz və Rusiyanın cənub rayonlarında da təsadüf olunur.


Keçisaqqalının elmə bir neçə sortu məlumdur. Çində, Yaponiyada, Almaniyada, Fransada, Hollandiyada və b. ölkələrdə bitkinin adi, Rus nəhəngi, Vulkan və s. sortları qida və ədviyyat bitkisi kimi əkilib becərilir.


Keçisaqqalının kökmeyvələrindən təzə, qurudulmuş və konservləşdirilmiş halda istifadə edilir. Onlar şirintəhər dada malik olub, müxtəlif salat növləri, sup və şoraba hazırlanır. Bundan əlavə kökmeyvədən bişirilmiş, qızardılmış halda müxtəlif salat növləri, vineqret və həftəbecər əldə edilir. 


Əhali arasında qida və ədviyyat kimi ən geniş istifadə olunan keçiyemliyi növləri bunlardır: Pallas keçiyemliyi, Xətli keçiyemliyi, Çal keçiyemliyi, Kəklikli keçiyemliyi, İspan keçiyemliyi.