YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Olmeklər nəhəng başları daşdan necə yaradırdılar

Olmeklər, sözsüz, böyük heykəltaraşlar olub. Onlar çox böyük ustalıqla daşları yonaraq insan fiquru ilə bəzədilmiş qəbirüstü daşlar və mehrablar yaradırdılar. Ən çox xarakterik olan, yəqin ki, tanınmış başçıların üz cizgilərini əks etdirən nəhəng başlardır. Bu monumental başlar çox möhkəm daş olan bazaltdan hazırlanıb.


Bu nəhəng başların çoxu Meksikanın La-Venta Arxeoloji parkında saxlanılır. Sözügedən memarlıq nəhənglərinin bəzilərinin hündürlüyü 2,5 metrə çatır və çəkisi təxminən 25 tondur.