YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnklər

İnk mədəniyyəti öz kökünü Çavin və Tiauanako mədniyyətlərindən götürür. Buna görə də bu iki mədəniyyəti ink dövründəki mədəniyyətlər adlandırırlar.


İnk tayfaları indiki Perunun Puno və Kusko vilayətlərinin ərazisində yerləşmişdi. Onların tarixinin başlanğıcı XII və XIII əsrlərdən sayılır. XV əsrdə davam etmiş, XVI əsrdə imperiya kimi möhkəmlənmişdir.


İnklər öz gələcək nəsilləri üçün gözəl memarlıq əsərləri-saraylar, yollar, əlaqə vasitələri, bəndlər və s. saxlamışdılar. Ən möhtəşəm şəhər indiki xarabalıqları And dağlarının mərkəzində böyük yüksəklikdə yerləşən Maçu Pikçu olub. 


İnk xalqları İnti adlandırdıqları Günəşə sitayiş edirdilər. Misirlilər kimi onlar da hörmət edib saydıqları ölülərini mumiyalayırdılar. 

 

İnk sivilizasiyası öz çiçəklənmə dövrünə çatanda iki milyon kvadrat kvadrat kilometrə qədər ərazidə yerləşirdi. Onun ərazisi indiki Ekvador, Boloviya və Perunun ərazisinin çox hissəsi daxil olmaqla, cənubdan Kolumbiyaya, şimaldan isə Çili və Argentinaya çatırdı. 


Bu imperiya Tauntinsuyya adlanırdı, bunun mənası “dünyanın dörd tərəfi” demək idi. İnklər qalib gəldikləri xalqlara öz mədəniyyətlərini, idarəetmə formasını və dillərini (keçua və ya kiçiua) məcburi şəkildə yeridirdilər.


Bu böyük imperiyanın çox sıx yollar şəbəkəsi və asma körpüləri var idi. Bu yollarla əsgərlər, tacirlər və xüsusi çaparlar hərəkət edirdilər. Çaparlar əmr və məlumatları imperiyanın hər yerinə çatdırırdılar. Bu imperiyanın paytaxtı Kusko şəhəri idi.