YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Keşniş

Keşniş cinsinin dünya florasının tərkibində 2 növünə rast gəlmək olar. 


Bitkinin Qafqazda, o cümlədən Azərbaycanda bir növünə: əkilən keşnişə rast gəlinir. Keşniş hündürlüyü 30-120 sm-ə çatan, çılpaq, efir yağlı, ədviyyə təbiətli, müalicə əhəmiyyətli birillik ot bitkisidir. İki cür formalı, sıra ilə düzülmüş yarpaqları vardır. Aşağı yarpaqları saplaqlı, daraqvarı, yuxarı yarpaqları isə ikiqat daraqvarı bölünmüş yarpaqcıqlardan ibarətdir. Gövdəsinin orta və yuxarı hissəsində yerləşən yarpaqları oturaq, iki və üç bölümlü, daraqvarı, uzunsov, xətvarı formasındadır. Çiçəkləri uzunsaplaqlı, xırda, ağımtıl, sarı-çəhrayı,bəzən bənövşəyi rəngdə olub, dəstə-dəstə çiçək qrupunda birləşərək mürəkkəb çətirdə toplanır. Ləçəkləri tez töküləndir. İyun-iyul aylarında çiçək açır. Arılar vasitəsilə çarpaz tozlanma gedir. İyul-avqustda meyvə verir. Meyvəsi iki ədəd yumru, uzunsov, dairəvi, nəzərəçarpan girintili-çıxıntılı fəqərələrlə örtülmüş toxumlardan ibarətdir.


Əkilən keşnişə Böyük Qafqazın şərq və qərb ərazilərində, Kür düzənliklərində, Kiçik Qafqaz sahələrində təsadüf edilir. Azərbaycan ərazisində çox qədimlərdən bəri becərilən keşniş özünün xoş ətiri ilə seçilir. Keşnişin toxumları ədviyyə kimi kolbasa, pendir, çörək-bulka, qənnadı məhsullarına və eləcə də ət, balıq, müxtəlif tərəvəzlərdən hazırlanan xörəklərin, xiyar, pomidor, kələmdən tutulan turşuların tərkibinə ətir, xoş tam vermək üçün əlavə edilir.


Keşniş efir yağından ətriyyat, kosmetika sahəsində, texnikada və eləcə də sabunbişirmədə, toxuculuq sənayesində və s. istifadə edilir. Respublikamızda keşnişin yaşıl tərəvəz və ədviyyat bitkisi kimi geniş sahələrdə becərilməsi və istifadəsi məqsədəuyğundur.
Elmi təbabətdə meyvələrindən və efir yağından həzm prosesini yaxşılaşdıran və iştahartıran vasitə kimi istifadə olunur. Xalq təbabətində təzə keşnişdən alınan şirədən, eləcə də keşnişin qurudulmuş meyvələrinin çayından hipertoniya xəstəliyinin müalicəsində istifadə edilir. Keşnişin tərkibindəki faydalı maddələrlə zənginlik onun müalicə əhəmiyyətini artırır. Onu daha faydalı edən tərkibindəki efir yağıdır. Bunun nəticəsi olaraq o, iştahsızlığı aradan qaldıran vasitə kimi yüksək qimətləndirilir.


Vətəni Yaxın Şəıq ölkələri, o cümlədən Azərbaycan hesab edilir. Dağkeşnişindən ədviyyat və yaşıl tərəvəz kimi xörəklərə əlavə edilir. Şüalı dağkeşnişindən də ədviyyat kimi xörəklərin tərkibinə qatılır.