YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kitabxanaların əhəmiyyəti

Kitab bizə istənilən məlumatı verə bilər, baxmayaraq ki, məlumatın çatdırılmasının əsas vasitəsi yazıdır, onlarda bizə bilik verməsi və ya əyləndirməsi üçün hər şey, həmçinin fotoqrafiya, şəkillər, sxemlər və s. yerləşdirilə bilər. 


Kitabların səhifəsində biz hekayələri, poeziyanı, mürəkkəb riyaziyyat məsələlərini, səyahətlər haqqında hekayələri, ölkələr, tarixi hadisələr haqqında məlumatları və s. oxuya bilərik. Hər bir fantaziya, hər bir hiss, hər cür bilik kitablarda var. 

 

 

Kitabxanalar bəşəriyyətin keçmişini yadda saxlamağa xidmət edir. Kitabxanalarda kitabların kataloqu tərtib olunur, nəşrlər beynəlxalq qaydalara uyğun olaraq siniflərə bölünür və kitabın adına, müəllifin adına, mövzuya və s. uyğun çeşidlənir. 


Kitabxanalarda kitablardan başqa, qəzetlər, jurnallar, kasetlər, filmlər, disklər və s. qorunub saxlanılır. 


İstifadəçi mikrofilmlərə yazılmış məlumatdan da istifadə edə bilər. Bundan başqa, dünyanın istənilən nöqtəsindən internet vasitəsilə kitabxananın kataloqu ilə  maraqlanan və ya lazım olan məlumatı əldə edə bilər.