Xəbərlər

“Junior Eurovision” mahnı müsabiqəsində Azərbaycanı kim təmsil edəcək?

11.10.2013. Ukraynada keçiriləcək “Junior Eurovision” mahnı müsabiqəsində Azərbaycanı kim təmsil edəcək? İfaçını tapmaq üçün seçim başlanıb və ilkin dinləmələr keçirilib.
 
 
Seçimdə 100-ə yaxın ifaçı səs və səhnə imkanlarını sınayıb. Sənət yarışında respublikamızın müxtəlif musiqi məktəblərindən 15 yaşınadək ifaçılar iştirak edib.  
 
 
Bu il sayca 11-ci dəfə təşkil ediləcək “Junior Eurovision” mahnı müsabiqəsi noyabrın 30-da Kiyevdə keçiriləcək. Müsabiqə iştirakçıları “Be Creative!” (“Yaradıcı ol!”) şüarı altında bir araya gələcəklər.