Xəbərlər

Gələn il Türkiyədə dünyada bənzəri olmayan yeraltı təbiət muzeyi açılacaq

Türkiyədə dünyada bənzəri olmayan yeraltı təbiət muzeyi yaradılır.


Muzey ölkənin mədəni, tarixi və təbii turizm mərkəzlərindən biri olan Kapadokiya ərazisində qurulur. Muzeyin tikintisinə 2018-ci ilin yanvar ayında başlanıb. Muzeydə etnoqrafik və tematik ekspozisiyalar olacaq. Ziyarətçilər Anadolunun "keçmişinə səyahət" edə biləcəklər. Muzeyin açıq sahəsi 50 min kvadratmetr, bağlı sahəsi isə 7 min kvadratmetrdir.  Muzey Göreme milli parkı, Paşabağ vadisi, Zelva açıq hava muzeyi ve Uçhisar qalası kimi Kapadokiyanın ən çox ziyarət edilən yerlərindən cəmi 15 dəqiqəlik məsafədə yerləşir.


Muzeyin açılışı 2019-cu ilə planlaşdırılır. Muzeyin dünyada analoqu olmayacaq.