Xəbərlər

“Tıq-tıq” və “Balaca şahzadə” Pantomima Teatrının səhnəsində

BAKI, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, oktyabr ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın oktyabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
4 oktyabr -  Abdulla Şaiq. “Tıq-Tıq”
18 oktyabr - Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə” 
 
Bu tamaşalara baxdıqdan sonra yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız.
 
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, yəni hərəkətin dili ilə istənilən duyğu və ya mövzunu izah etmək olar. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.
 
Tamaşalar saat 14:00-də başlayır.