Təbiət

Uzun ömürlü heyvanlar

Yer üzündə ən uzun ömürlü heyvanların siyahısı:
1. Turritopsis Nutricula meduzası: yeganə ölümsüz canlıdır
5 millimetr diametrində olan bu canlı müəyyən istisnalar xaricində sonsuza qədər yaşaya bilir. Turritopsis Nutricula adlı meduza dünyada “ölümsüz olan tək canlı” sayılır. Bu canlı heç yaşlanmır.
 
 
2. Süngərlər-10.000 il
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri olan süngərlər 10,000 ilə qədər yaşaya bilirlər.
Soyuq sularda onların maddələr mübadiləsinin yavaşladığı yerlərdə süngərin böyüməsi ildə 0.2 mm baş verir. Dənizin dibində oturaq həyat kecirirlər.
 
 
3. "Arctica islandica" molyus növü – 507 il
Arctica islandica – "Arcticidae" ailəsinin mollyusklarının ümumi adıdır. Bu növ Şimali Atlantik okeanda yaşayır və onu qida üçün yığırlar. Mollyusklar suda 7 m-dən 400 metr dərinliyə qədər yaşayırlar. Öz yaşama mühitinin şimal hissəsində onlar sahilə daha yaxın dayaz yerlərdə yerləşirlər. Bu növlər uzun müddət yaşayırlar, xüsusən də iki növü 507 il və 375 il yaşayır.
 
 
4. Nəhəng tısbağa – 256 il
Advayta (sanskritdə "tək və yeganə") – Hindistanda, Kəlküt heyvanat parkında 255 kq-lıq nəhəng erkək tısbağanı bu cürə çağırırlar. O Yer kürəsində ən qədim heyvanlardan biri idi. Tarixi şahidlərə əsasən, o Ost-İndskoy şirkətinin Britaniya generalı Robert Klayvın ev heyvanı idi və bir neçə il onun evində yaşadı, sonra isə təxminən 130 il əvvəl, onu Kəlkütün heyvanat parkına verdilər. Advayta 23 mart 2006-cı ildə öldü. Onun yaşını daha dəqiq təyini üçün zirehini tibbi analizə göndərəcəklər.
 
 
5. Karp koi "Xanako" – 226 il
Karp koi – bu əhliləşdirilmiş kar balığının ən gözəl növüdür, hansı ki, müxtəlif bağların göllərində dekorativ hədəflər üçün saxlanılır. Bir neçə növlər rənginə, naxışına və pulcuqlarının ölçüsünə görə fərqlənirlər. Ən yayılmış rəngləri – ağ, qara, qırmızı, sarı, mavi və krem rəngidir. Balığın yaşı ağacın yaşı hesablandığı kimi, yəni pulcuğunda olan həlqələrinin köməyi ilə hesablanır. Məhz bu metodla karpın dünyada olan ən qədim növü Xanakonun yaşının təyini üçün istifadə etdilər. O 7 iyul 1977-ci ildə 226 yaşında öldü.
 
 
6. Qırmızı dəniz kirpisi – 200 il
Hərçənd bu növü qırmızı dəniz kirpisi adlandırırlar, amma onun rəngi çəhrayıdan narıncı və demək olar ki, qara rəngə qədər dəyişilə bilər. O Sakit okeanda Alyaskadan, Alt Kaliforniyaya qədər, adətən qayalıq sahillərdə dayazlıqda və maksimum 90 m dərinlikdə yaşayırlar. Kirpinin yumru bədəni 8 sm-ə qədər kəskin iynələrlə örtülmüşdür və onlar heyvanın bədənini əhatə edən bərk zirehdə artırlar. Kanadada, Britaniya Kolumbiyasından ən köhnə və ən böyük dəniz kirpilərinin təxminən 200 il yaşadığı qeyd edilmişdir.
 
 
7. Lamellibrachia luymesi – 170 il
Lamellibrachia luymesi – bu "Siboglinidae" ailəsinin boruşəkilli qurdlarının növüdür. O dərinlikdə yaşayır. Əsasən Meksika körfəzinin şimal hissəsində 800 m-ə qədər dərinlikdə yaşayır. Bu qurd çox yavaş artır və uzunluğa ən çox 3 m-ə çata bilər. Onların ömrünün uzunluğu – 170-ilə qədərdir.
 
 
8. Quidak – 168 yaş
Quidak – bu "Hiatellidae" ailəsinin çox böyük yeməli molyus növüdür. Adı hind sözündən götürülüb və mənası "dərin qazılmış" deməkdir. Quidaklar Şimali Amerikanın qərb sahilində yaşayırlar. Əsasən də, Vaşinqton ştatında və Britaniya Kolumbiyasında. Dünyada bu ən uzun müddət yaşamış heyvanlardan biridir. 1970-ci ilə qədər bu mollyuskları yığmırdılar, amma yaxın vaxtlarda asiya bazarlarında buna tələbat yarandı və bu mollyuskları indi ovlayırlar və böyük miqdarda pula satırlar. Ən qədim quidakın yaşı 168 yaş idi.
 
 
9. Qrenlandiya balinası, 122 il
Qrenlandiya balinası – bel üzgəci olmadan bu balinanın uzunluğu 20 m-ə qədər çata bilir. Bu qalındərili dəniz məməlisinin çəkisi yalnız göy balinanın çəkisindən sonra ikinci yeri tutaraq, 75-tondan 100 tona qədər dəyişilə bilər. Qrenlandiya balinası başqa balinalardan fərqli olaraq, hansı ki, nəsil vermək üçün başqa yerlərə köçürlər, arktik və subarktik sularda yaşayır. Balina "təhlükəli" növ statusuna malikdir. Alyaska elmi institutundan Neda Rozellanın elmi məqaləsində 211 il yaşayan balina təsvir edilmişdi. Yaşın təyininin istifadə olunmuş metodu 16% dəqiqliyə malik idi, və bu o deməkdir ki, balinalar 177-dən 245 yaşa qədər yaşaya bilirdi və yer kürəsində mövcud ən qədim məməli sayılırdı.
 
 
10. Müxtəlif növ quşlar
Bəzi məlumatlara görə, qarğalar 70 ilədək yaşayırlar. Palma kakadusu tutuquşu isə 90 yaşadək ömür sürə bilir.