Tapmacalar

Ağac,yarpaq haqqında tapmacalar

Uzun-uzun uzanar,
Al yaşıla boyanar.
Qırmızıdan don geyər,
Ərş üzünə uzanar.

Ağac

 

Yağış yağanda,
Çimər, yuyunar.
Yazda geyinər,
Qışda soyunar.

Ağac

 

Yaşılı yamanca bərkdi,
Sarısı lap göbələkdi.
Əl vurma, düşəcəkdi.

Ağac yarpağı

 

Yağış yağanda
Çimər yuyunar,
Yazda geyinər
Qışda soyunar

Ağac

 

Yaşılı yamanca bərkdi
Sarısı lap göbələkdi
Əl vurma düşəcəkdi

Ağac yarpağı

 

İnəyim var eşikdədi,
Ayı, ili, eşikdədi,
İldə bir kərə sağılar,
Özü yenə eşikdədi.

Bağ