Tapmacalar

Tapmacalar

Pəncərəni kim sındırıb

5 uşaq - Əli, Vəli, Mirəli, Şirəli, Pirəli futbol oynayırdılar.

 

Birdən top pəncərəyə dəydi və pəncərə sındı. Soruşdular:

 

- Pəncərəni kim sındırdı?

 

 

Əli dedi:

 

- Axırıncı dəqiqədə top məndə idi mən onu Şirəliyə ötürdüm. Amma Şirəli də pəncərəni sındırmadı. Çünki o topu qapıya vurdu. Mirəli dedi:

 

- Qapıda mən dayanmışdım. Topu tutub oyunçulara atdım.

 

Pirəli dedi:

 

- Mirəli topu atanda mən götürdüm. Amma mən pəncərəni sındırmamışam! Mən topu başqasına ötürdüm. Qoy o özü boynuna alsın.

 

Kim pəncərəni sındırıb? Onu sən tap!

 

 

 

Bəs səncə?

 

Anası deyir Totuşun ağzında cəmi 12 dişi var. Totuş isə hər gün dişlərini fırçalayır. Böyük qardaşından öyrənib. Özü də gündə iki dəfə fırçalayır.

 

Qardaşı ona bir dəfə deyib:

 

- Bax, dişləri hər gün fırçlamayanda balaca qurdlar girir dişlərin arasına dişləri xarab eləyir. Dişlər xarab olur, düşür, adam qalır dişsiz.

 

Düzdü, qardaşı balaca qurdları özündən uydursa da ona dişini təmiz saxlamağı öyrətmişdi.

 

Səhər duran kimi Totuş qaçır vanna otağına. Fırçanı alır əlinə. Əvvəl üstdəki 12 dişini, sonra isə altdakı 12 dişini tərtəmiz fırçalayır. Totuş bundan sonra 8 diş çıxartsa məncə onun 32 dişi olacaq. Bəs səncə?

 

 

 

 

 

 

 

 

 

Səhvim nə imiş

 

Ura..a…a! İtimiz Alabaş balaladı!

 

Balaca balalar elə qəşəng idilər ki… Özü də nə az, nə azacıq, dörd dənə.

 

Küçüklər sevincək o tərəf, bu tərəfə qaçırdılar. Tez zəng elədim dostlarıma - Anara, Vüqara, İlqara, Şahlara. Eşidən kimi sevincək gəldilər bizə. Evimiz darısqal olduğundan küçüklərdən hərəsini bir dostuma bağışladım. Elə sevindilər ki… Özümə isə ən qəşəngini və cəldini saxladım. Ona əmziklə süd içizdirdim.

 

Axşam atam işdən gəldi. Mən olanları ona danışdım. Atam mənə diqqətlə qulaq asdı və dedi:

 

- Sən mənə düzünü de, nəyi isə səhv salmısan!

 

Mən çaşıb-qaldım. Yalan danışmağı xoşlamırdım. Səncə mən nəyi səhv salmışdım?