Cizgi filmləri

"Əlcək” cizgi filmi (rus dilində)

Bu cizgi filmi it saxlamağı çox arzulayan qızcığaz haqqındadır. Lakin bütün günü məşğul olan ciddi ana ona it saxlamağa icazə vermir. Ona görə də balaca qızcığaz öz toxunma əlcəyini it küçüyü kimi təsəvvür edərək onunla oynamağa başlayır. Qız itlə oynamağı o qədər çox arzulayır ki, əlcək onun arzularında əsl küçüyə çevrilir...