Məmmədbağır Bağırzadə. Ay mənim göyçək qızım
Ay gözümün işığı,
Gülüzlü göyçək qızım.
Evimin yaraşığı,
Ömrümə bəzək qızım.
Qəşəng-qəşəng saçların,
Töküləndə üzünə,
Görənlər çox oxşadır,
Səni mənim özümə.
Nəqarət:
Ay mənim göyçək qızım
Saçları ipək qızım
Ömrümə bəzək qızım.
Mənə tərəf qaçanda,
Qəlbimə fərəh gəlir
Rəngi bir az solanda
Mənim qəlbim kövrəlir.
Dodağı gül qonçəsi,
Yanağında xal qızım.
Gözləri dan ulduzu,
Şirin-şəkər bal qızım.
Nəqarət:
Ay mənim göyçək qızım
Saçları ipək qızım
Ömrümə bəzək qızım.
Bu günün şən körpəsi,
Sabahın sonasısan.
Analı dünyamızın
Sən də bir anasısan.
Bu azad vətənimdə
Yaşa bəxtəvər qızım
Sev bu gözəl vətəni
Mənim elsevər qızım
Nəqarət:
Ay mənim göyçək qızım
Saçları ipək qızım
Ömrümə bəzək qızım.
12.03.2022